/ / Formula 1 Azərbaycan Qran-Prisinin birinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb
Formula 1 Azərbaycan Qran-Prisinin birinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb
28.04.2018 [10:09]
Aprelin 27-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinə - Azərbaycan Qran-Prisinə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə pilotlar 6 kilometrlik Bakı şəhər halqasında iki sərbəst yürüşdə güclərini sınayıblar.
Birinci sərbəst yürüşdə “Mercedes” komandasının pilotu Valtteri Bottas qalib gəlib. O, 1 dəqiqə 44,242 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. “Red Bull Racing” komandasının sürücüsü Daniel Rikkiardo ikinci olub. Serxio Peres (“Force İndia”) isə yarışı üçüncü pillədə başa vurub.
“Red Bull Racing”in pilotu Daniel Rikkardo ikinci sərbəst yürüşdə fərqlənməyi bacarıb. Pilot 1 dəqiqə 42,795 saniyəlik nəticə ilə birinci olub. “Ferrari”nin pilotu Kimi Raykonnen ikinci, “Red Bull Racing”in digər sürücüsü Maks Ferstappen üçüncü olublar.
Aprelin 28-də Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş və sıralama turu, bir gün sonra isə əsas yarış keçiriləcək.
Dünyanın məşhur pilotlarının mübarizə apardığı Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görə bilirlər. Layihənin müəllifi bütün müasir Formula 1 treklərinin memarı olan Herman Tilkedir. Trekin ən geniş hissəsinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50

