Suda boğulan saman çöpündən yapışar
08.08.2018 [08:59]
Yaxud Paşinyan 17 avqust mitinqinə “əliboş” gedir
İşğalçı Ermənistanda Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsindən 3 ay keçməsinə baxmayaraq, onun komandası, demək olar ki, heç bir əməli iş görməyib. Halbuki Paşinyanın arxasına düşüb küçələrə çıxanlar yeni hakimiyyətin vədinə uyğun olaraq sosial-iqtisadi sahələrdə islahatlar aparılmasını, yeni seçkilərin keçirilməsini səbirsizliklə gözləyirdilər. Lakin bu gözləntilər hələ ki, özünü doğrultmur. Bununla belə Paşinyan xalqın, dövlətin maraqları baxımından heç bir iş görməsə də, avqustun 17-də baş nazir vəzifəsinin icrasına başlamasının 100 gününə həsr olunmuş mitinq keçirməyi planlaşdırır. Baş nazirin komandası bu aksiyanı inqilabın yeni mərhələsinin başlanğıcı kimi təqdim etməyə cəhd göstərsə də, əslində, 17 avqust mitinqi Ermənistanda baş verən son hadisələrin fonunda hesabatdan daha çox Paşinyanı hakimiyyətə gətirənlərdən bir daha dəstək almağa hesablanıb.
Bir müddət öncə küçə aksiyaları ilə hakimiyyətə gələn N.Paşinyanın “hibrid” hakimiyyətinə sadə ermənilərin növbəti dəfə dəstək verəcəyi isə heç də inandırıcı görünmür. Çünki onun və komandasının yarıtmaz fəaliyyəti nəticəsində əhalinin birbaşa marağında olan ən vacib sahələrdə heç bir ciddi dönüş yaradılmayıb, işğalçı ölkənin xaricdən yardım, hətta kredit almaq imkanları da sual altındadır. Eyni zamanda daxildə nəzarət də tam əldə olunmayıb. Bu isə gələcəkdə terror və oxşar hadisələrin törədilməsinə zəmin yaradır. Üstəlik, mövcud hakimiyyət komandasının təmsilçilərinin də etiraf etdikləri kimi, işğalçı ordunun rəhbərliyinə gətirməyə kadrları yoxdur. Yəni keçmiş iqtidarın kadrlarının idarə etdiyi silahlı qüvvələr 2008-ci ildəki kimi hər an xalqın və yeni hakimiyyətin əleyhinə fəaliyyətə keçə bilər.
Paşinyanın komandası tərəfindən 100 gün ərzində Ermənistanda guya korrupsiyaya qarşı mübarizə sahəsində bəzi addımların atıldığı iddia edilsə də, bunların da arxasında siyasi məqsədlərin durduğu gün kimi aydındır. Daha doğrusu, 1 mart hadisələrinin istintaqı zamanı Paşinyanın tələsməsi ona qarşı “vendetta olmayacaq” vədinə xilaf çıxdığı ittihamlarının, hətta xaricdən təhdidlərin səslənməsinə yol açıb. Bəzi müşahidəçilərin fikrinə görə, bu hadisələr “əks-inqilabçı müxalifət”i müqavimətə hazırlaşmaq üçün səfərbər edib. Bununla yanaşı, korrupsiya pozuntularının araşdırılması zamanı ayrı-seçkiliyə və ədalətsizliyə yol verilməsi ilə bağlı yeni hökumətə qarşı ittiham səslənməkdədir. Yeni iqtidara qarşı müxalifətin güclənməsinin digər səbəbi kimi R.Koçaryanın həbs olunması göstərilir. Belə ki, 3 ay əvvəl hadisələrin gərgin vaxtı mövqeyini dəyişərək N.Paşinyana dəstək verən Erməni İnqilabçı Federasiyası - Daşnaksutyunun parlamentdə təmsil olunan 3 deputatı R.Koçaryan barəsində həbs qətimkan tədbirinin götürülməsi üçün hazırlanan müraciətə imza atıb. Üstəlik, bu addımın Daşnaksutyun rəhbərliyi ilə razılaşdırıldığı da bildirilir.
Xarici siyasət sahəsində isə Paşinyan nailiyyətdən daha çox uğursuzluqlara düçar olub. Belçikanın paytaxtında keçirilən NATO-nun Zirvə Sammitində, həmçinin Sankt-Peterburqda Rusiyanın baş naziri D.Medvedevlə görüşündə daha çox şəkil çəkdirməklə yadda qalan N.Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “orijinal” bəyanatları da bumeranq effekti verib. Eyni zamanda, Ermənistan-Rusiya münasibətlərində davam edən gərginlik Paşinyanın və kadrlarının diplomatik sahədə “piyada” olduqlarını sübut edib.
Bütün bu sadalanan uğursuzluqların fonunda keçiriləcək 17 avqust mitinqi Paşinyan və onun yarıtmaz komandası üçün sadəcə təsəlli xarakteri daşıya bilər. Çünki ilkin məlumatlara görə, Paşinyan bu mitinqə də “əliboş” gedir. Belə ki, bəzi dairələr bunu hökumətin proqramının açıqlanması, baş nazirin hesabat verməsi yox, seçkiqabağı kampaniyaya start verilməsi, o cümlədən İrəvan merinin seçkilərinə hazırlıq kimi qiymətləndirirlər. Daha doğrusu, 17 avqust mitinqi inqilabın sona çatmadığını bəyan edən Paşinyanın düşdüyü çətin vəziyyətdən çıxış üçün xalqdan dəstək almaq, hətta son dövrlər bir qədər aktivləşən müxalif qüvvələrə qarşı “güc nümayiş etdirmək” cəhdi kimi dəyərləndirilir. Lakin Paşinyanın və komandasının bu cəhdi “suda boğulan saman çöpündən yapışar” Azərbaycan atalar sözünü xatırladır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

