Ermənistanda siyasi xaos hökm sürür
31.08.2018 [09:05]
Yeni siyasi kataklizmlərə sürüklənən və hakimiyyət böhranı ilə qarşı-qarşıya olan Ermənistanın yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir
Öz işğalçı siyasəti səbəbindən regiondakı bütün layihələrdən kənarda qalan Ermənistan ciddi siyasi, iqtisadi problemlərlə qarşı-qarşıyadır. İşğalçı ölkədə siyasi müstəvidə hökm sürən gərginlik, xarici siyasətin tamamilə iflasa uğraması iqtisadi problemləri daha da kəskinləşdirməklə yanaşı, bütün sahələrin faktiki iflasını şərtləndirib. Buna paralel olaraq ictimai-siyasi kataklizmlər daha da güclənməkdədir. Ermənistan mətbuatı ekspertlərin siyasi kataklizmlərin daha da kəskinləşəcəyinə dair proqnozlar ifadə etdiklərini yazır. Digər tərəfdən, işğalçı ölkə beynəlxalq müstəvidə də ciddi problemlərlə qarşı-qarşıyadır. Bəllidir ki, təcavüzkar siyasət yeridən Ermənistan beynəlxalq münasibətlər sistemində forpost kimi tanınır, müstəqil daxili və xarici siyasət kursuna malik deyil. Belə olan halda, öz xarici siyasət kursunda beynəlxalq hüquq normalarını, bərabərhüquqlu əməkdaşlığı əsas götürən milli dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər. Məhz regional miqyasda baş verən son hadisələr də Ermənistanın müstəqil dövlət olmadığını bir daha təsdiqlədi. Son vaxtlar hətta erməni ekspertləri, işğalçı ölkənin mediası da Ermənistanın forpost kimi çıxış etdiyini xüsusi olaraq bəyan edirlər. Elə bir müddət əvvəl bu ölkənin baş naziri Nikol Paşinyan da “Exo Moskvı” radiosuna müsahibəsində ölkəsinin xarici dairələrdən asılı olduğunu, müstəqil siyasət həyata keçirmədiyini etiraf etmişdi. N.Paşinyan sözügedən müsahibəsində Ermənistanın bir dövlət kimi öz sərhədlərini qorumaq iqtidarında olmadığını aşkar şəkildə etiraf etməklə ölkəsinin acizliyini ortaya qoymuşdu. O, səsləndirdiyi fikirlərlə, əslində, Ermənistanın öz təhlükəsizliyini təmin etmək iqtidarında olmayan qeyri-suveren dövlət olduğunu bəyan etmişdi.
Bütövlükdə, işğalçı Ermənistanın siyasi-iqtisadi mənzərəsi olduqca acınacaqlıdır. Xaos və ziddiyyətlər bu ölkədə siyasi həyatın səciyyəvi xüsusiyyətlərini təşkil edir. Ermənistanın hazırkı durumundan narazı olan vətəndaşların perspektivə dair heç bir ümidləri yoxdur. Ekspertlər qeyd edirlər ki, dünya siyasətində forpost kimi tanınan, işğalçı siyasət həyata keçirən Ermənistanda hökm sürən sosial-iqtisadi və siyasi kataklizmlər daha kəskin xarakter alıb, bütün sahələrdə hökm sürən böhran meyilləri olduqca dərinləşib. Bununla yanaşı, Ermənistanın təcavüzkar mövqe və siyasəti bu ölkəni regional miqyasda təcrid durumuna düşürüb. Bunun fonunda isə heç bir regional layihədə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb.
Nəticə etibarilə, bu gün Ermənistanda sosial-iqtisadi və siyasi vəziyyət olduqca acınacaqlıdır. Buna görə də çoxsaylı problemlərlə qarşı-qarşıya olan sadə vətəndaşlar ümidsizliyə qapılıblar. Ekspertlər isə vətəndaşların haqlı narazılığı və narahatlığının səbəbini məhz Ermənistanın siyasi-iqtisadi problemlər məngənəsində olması ilə əlaqələndirirlər. Bütövlükdə, mövcud reallıqlar Ermənistanın yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir. İşğalçı ölkədə qarşıdakı dövrdə siyasi-iqtisadi böhranın dərinləşəcəyinə, xarici siyasətdə silsilə uğursuzluqların artacağına dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Ekspertlər qeyd edirlər ki, Ermənistanın sosial-iqtisadi problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması mövcud hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Siyasi sistemi və dövlətçilik ənənəsi olmayan bir toplumu idarə etməyə çalışan N.Paşinyan bunun mümkün olmadığını gördükdə korrupsiyaya qarşı mübarizə və sosial problemlərin həlli adı altında yeni bir diktatura formalaşdırmağa cəhd edir. Lakin Ermənistan korrupsiya və sosial problemləri həll etmək iqtidarında deyil, çünki bu ölkənin yetərli iqtisadi resursları və siyasi-hüquqi sistemi yoxdur. Belə bir şəraitdə ən məqbul variant manipulyasiya etməklə həll illüziyası formalaşdırmaqdır. Məhz N.Paşinyan hazırda bu üsul və vasitədən istifadə edir. Ekspertlər qeyd edirlər ki, N.Paşinyan həll illüziyası yaratmaq əvəzinə işğalçılıq siyasətinə son qoymaq üçün real addımlar atmalıdır.
Əlbəttə, bütün regional layihələrdən təcrid durumuna düşən, siyasi, sosial və iqtisadi problemlər məngənəsində olan, yeni siyasi kataklizmlərə sürüklənən və hakimiyyət böhranı ilə qarşı-qarşıya qalan Ermənistanın yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Başqa sözlə, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal çıxarmalıdır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

