Ermənistan yanacaq böhranı ilə üzləşib
30.10.2009 [08:58]
Qış mövsümünün yaxınlaşması sosial-iqtisadi problemlər burulğanında boğulan Ermənistanda vəziyyətin daha da kritikləşməsinə səbəb olub. Əhalini kommunal xidmətlərlə təmin etməkdə aciz olan Sərkisyan rejimi yanacaq problemini həll etmək üçün Rusiya və İrana əl açmağa məcbur olub. Kremlin bütün qaz satdığı ölkələrə “ucuz qaz erası keçmişdə qaldı” ultimatumunu göndərməsi isə rəsmi İrəvanın ümidlərini puç edib. Rusiya açıq şəkildə bəyan edib ki, 2010-cu ilin yanvarından etibarən tərəfdaşlarına yanacağı dünya bazar qiymətlərinə satacaq və heç bir güzəştə getməyəcək.
Məhz bu səbəbdən də Ermənistandakı mövcud rejim işğalçı ölkənin qışda donmaq təhlükəsinin bir addımlığında olduğunu yaxşı anlayır və yanacaq əldə etmək üçün digər qonşusu İrana üz tutub. İran qaz korporasiyası Ermənistana yanacaq verməkdən imtina etməsə də, onun nəzərdə tutduğu mavi yanacağın həcmi bədnam və işğalçı ölkənin təminatı üçün kifayət etmir. Belə ki, İran Ermənistana gündəlik cəmi 2 milyon kubmetr yanacaq ixrac etməyə razılıq verib, amma ermənilərin qış mövsümündə yanacağa olan tələbatı 10 milyon kubmetrə bərabərdir. Buna görə də, Sərkisyan hökuməti İrandan qazın həcminin artırılmasını xahiş edir. Lakin İran Ermənistana ən yaxşı halda 5 milyon kubmetr yanacaq verməyə razı ola bilər ki, bu da gündəlik tələbatı ödəmir. Vəziyyətdən çıxış yolu isə Rusiyadan qaz idxalını davam etdirməkdən ibarətdir. Yəni, Sərkisyan rejiminin bircə yolu qalır, Rusiyadan baha qiymətə qaz idxal etmək və daxili bazarda enerjidaşıyıcılarının qiymətini artırmaq.
Məsələ ondadır ki, Rusiya satdığı qazın pulunu da qısa müddətdə ödəməyi əsas şərt kimi qarşıya qoyur. Ermənistanın bunu ödəməyə maliyyə imkanları çatmır. Sərkisyan rejimi hazırki vəziyyətdə nəinki qaz tədarükünə görə, pulu ödəməyə qadirdir, hətta ölkənin digər iqtisadi-sosial sahələrinə tələb olunan maliyyə xərclərini qarşılamaqda acizdir. Ən əsası isə ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün real ehtiyatlar, pul resursları tükənib. İqtisadiyyat iflic vəziyyətindədir, real sektordan pul daxil olmur. Belə vəziyyətdə enerji daşıyıcılarının artırılması Ermənistanda yoxsulluğun daha da dərinləşməsinə səbəb olacaq və eyni zamanda, ölkədə sosial partlayış təhlükəsinə zəmin yaradacaq.
Onu da qeyd edək ki, 2009-cu ilin ötən 9 ayında Ermənistanda iqtisadi və sosial vəziyyət daha da pisləşib. Dünya böhranının növbəti dalğası yenidən işğalçı ölkənin maliyyə sektoruna aramsız zərbələr vurur. Ərzaq məhsullarının əksəriyyətinin qiymətləri artıb. Şəkər tozu, yağ, süd, ət və ət məhsulları, digər yeyinti malları bahalaşmaya məruz qalıb. Ekspertlərin fikrincə, bu dözülməz vəziyyət işsizlərin sayının daha da çoxalmasına səbəb olacaq, insanların əməkhaqqı, əhalinin gəlirləri əhəmiyyətli dərəcədə aşağı düşəcək, miqrasiya dərinləşəcək. Artıq Ermənistanın maliyyə sferası nəzarətdən çıxıb. Bu ilin avqustun ayının 24-də dövriyyəyə buraxılan yeni 100 min dramlıq əskinaslar da Ermənistanın maliyyə-bank sisteminə müsbət təsir edə bilməyib. Əksinə, yeni əskinaslar pul bazarını daha da pisləşdirib. Hökumət milli valyutanın məzənnəsini saxlaya bilmir. ölkənin daxili valyuta ehtiyatları 1 milyarddan da azdır və bu, yalnız üç aylıq idxal ödənişlərini təmin etməyə imkan verir. Hökumət hazırda təhlükəli vəziyyətlə üzləşib. Xarici maliyyə təşkilatlarından maliyyə yardımı olmadığından ölkəni iqtisadi fəlakət bürüməsi qaçılmazdır. Dramın devalvasiyası dərinləşəcək və inflyasiya yüksələcək.
Beynəlxalq Valyuta Fondunun (BVF) postsovet dövlətlərinin 2009-cu ildəki makroiqtisadi vəziyyəti və 2010-cu ilin sosial-iqtisadi proqnozları ilə bağlı açıqlaması da Ermənistan üçün ürəkaçan deyil. Fondun ekspertlərinin qənaətinə görə, bəzi ölkələr, o cümlədən, Ermənistan böhran meyilləri ilə bağlı iqtisadi geriləməyə məruz qalacaq. BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə departament rəhbəri Məsud Əhmədin fikrincə, Ermənistan 2009 və 2010-cu illərdə böhranın təsirləri ilə bağlı mənfi tendensiyalardan xilas ola bilməyəcək. Bu ölkədə iqtisadi geriləmə müşahidə olunacaq. ümumiyyətlə, Ermənistan böhranın zərərlərini ən çox hiss edən ölkə kimi iqtisadi cəhətdən dözülməz vəziyyətə düşəcək. İqtisadiyyatında 15 faizdən çox geriləmə proqnozlaşdırılan işğalçı ölkədə tənəzzül uzun müddət davam edəcək.
Göründüyü kimi, Ermənistanda iqtisadi geriləmə hökumətin qonşu dövlətlərin təsiri altına düşməsini daha da gücləndirir. Erməni vətəndaşlarının aqibəti başqasının verdiyi çörəkdən, puldan, ərzaq məhsullarından və yanacaqdan asılıdır. Qonşuların əlinə göz dikmək isə uzun zaman davam edə bilməz. Ermənilərin qarşıdakı aylarda hansı aqibətlə üzləşəcəyini təsəvvür etmək çətin deyil.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24

