Ermənistan yeni siyasi böhranla üz-üzə
14.12.2018 [09:32]
Polis özbaşınalığı, söz azadlığının boğulması, işsizlik və yoxsulluq işğalçı ölkədə yeni kataklizmlərin meydana gəlməsini şərtləndirir
Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra daxili vəziyyət qeyri-müəyyən olaraq qalır. 7 aydan çoxdur hakimiyyətdə olanların bundan sonra da sosial-iqtisadi sahədə müsbət yöndə dəyişiklik edəcəyinə inam yoxdur. Ermənistanda ciddi qanun pozuntuları və saxtakarlıqla müşayiət olunan parlament seçkilərindən sonra cəmiyyətdə apatiya vəziyyəti hökm sürür.
Hərbi xunta rejiminin banisi Robert Koçaryanın həbsinə görə keçirilən etiraz aksiyalarını nəzərə almasaq, hələlik ciddi qarşıdurma hiss olunmur. R.Koçaryan və Serj Sarkisyanın dövründə vəzifədə olanlara qarşı həbslər isə davam edir. Ermənistan Xüsusi İstintaq Xidmətinin vəsatəti əsasında baş nazirin keçmiş müavini Armen Gevorkyanın həbsinə hazırlıq gedir. Sarkisyan rejiminin digər üzvü, seçkidən əvvəl həbsinə cəhd edilən, lakin deputat toxunulmazlığı ləğv edilmədiyi üçün azadlıqda qalan keçmiş deputat Aram Harutyunyanı isə yaxalamaq mümkün olmayıb. “Hraparak” qəzeti yazır ki, 14 milyon dollar rüşvət almaqda ittiham olunan sabiq ekologiya naziri ölkədən qaçıb.
Birbaşa Nikol Paşinyana tabe olan Polis Xidmətinin fəaliyyəti isə cəmiyyətdə narazılıq yaradır. Seçkidən əvvəl bəzi KİV redaksiyalarına basqın təşkil edən polislərin özbaşınalıqları bu qəbildəndir. Polisin kütləvi informasiya vasitələrinə qarşı fəaliyyətinə toxunan hüquq müdafiəçisi, “Hüquqi zorakılıq əleyhinə” qeyri-hökumət təşkilatının rəhbəri Larisa Allahverdiyan bəyan edib ki, son vaxtlar bir neçə KİV orqanına qarşı polisin anlaşılmaz və əsassız hərəkətləri ciddi təşviş doğurur: “Onların əsaslandırması daha da pis səslənir. Deyilənə görə, bu dövlət orqanının rəhbərliyi söz, fikir azadlığı və məsuliyyət haqqında elementar təsəvvürə malik deyil”.
Hüquq müdafiəçiləri və müşahidəçilər iddia edirlər ki, əslində KİV-lərə hücumun başında media azadlığını özünə təhlükə hesab edən və onu boğmağa çalışan N.Paşinyan dayanır.
Ermənistandakı həbsxanalarda isə hazırda tamamilə özbaşınalıq hökm sürür. “Jamanak” qəzeti yazır ki, Ermənistanın penitensiar müəssisələrində qayda-qanundan uzaq və bərbad vəziyyət mövcuddur. Qəzetin yazdığına görə, həbsxanaların ətrafında yeni müxtəlif qruplar yaradılıb ki, onlar hazırda məhbusları spirtli içki, narkotik maddə və ərzaqla təmin etməklə iri məbləğlərdə vəsait əldə edirlər: “Penitensiar xidmət aparatı, öz növbəsində, məhkumlarla əməkdaşlıq edərək pul qazanır. Bəzi məhkumlar kameranın qapısının açıq saxlanması üçün pul ödəyirlər”.
Ermənistan ordusunda da acınacaqlı vəziyyət mövcuddur. Orduda qidalanmanın və məişət şəraitinin bərbad vəziyyətdə olması barədə hələ neçə ay bundan qabaq N.Paşinyanın özünə birbaşa məlumat verilsə də, bu sahədə heç bir irəliləyiş olmayıb. Vəziyyət o həddə olub ki, hansısa deputatlığa namizəd səsvermədən qabaq əsgərləri buterbrodla ələ almağa çalışıb. Ermənistan ordusunda qeyri-hərbi vəziyyətdə ölümlərin sayı da artıb. Demək olar ki, hər gün əsgərlərin intihar etməsi və ya xidmət yoldaşları tərəfindən öldürülməsi barədə xəbərlər gəlir. Son olaraq dekabrın 11-də erməni ordusunun hərbi hissələrindən birinin əsgəri 26 yaşlı Vardan Şahnəzəryan intihar etməyə cəhd edib.
Ermənistandakı mövcud ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti təhlil edən Rusiya EA-nın Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçisi, Qafqazşünaslar Elmi Cəmiyyətinin prezidenti Aleksandr Krılov bildirib ki, N.Paşinyanın yeni hökuməti ciddi sosial və iqtisadi islahatlar aparmasa, “erməni dövlətçiliyi”nin mövcudluğu şübhə altına düşəcək. “Sputnik Ermənistan”ın xəbərinə görə, ekspert Ermənistanın inkişafının qonşuları ilə normal münasibət qurmasından asılı olduğunu bildirib: “Qonşuları ilə hərbi qarşıdurma vəziyyətində olan ölkədə iqtisadi islahatlar aparılması da vəziyyətin kökündən yaxşılaşmasına gətirib çıxarmayacaq və Ermənistan yeni bir siyasi böhranla üzləşəcək”.
Beləliklə, ekspertlərin də vurğuladığı kimi, Ermənistanda polis və oliqarxların özbaşınalığının davam etməsi, mətbuat azadlığının boğulmasına cəhdlər, cəzaçəkmə müəssisələrindəki vəziyyətin anormallığı, işsizlik və yoxsulluqdan əziyyət çəkən əhalinin indiyə qədər quru vəddən başqa heç nə əldə etməməsi cəmiyyətdə yeni dalğalanmaların və siyasi böhranların yaranmasına gətirib çıxaracaq.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 12:16
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Xəbər lenti
01 Avqust 00:23
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54

