Təcavüzkar Ermənistanda xaosun yeni dalğası...
12.01.2021 [09:08]
Ölkə müxalifəti Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün vətəndaş itaətsizliyi aksiyalarını genişləndirmək fikrindədir
İki aydan çoxdur ki, xaos və anarxiyanın hökm sürdüyü məğlub Ermənistanda qeyri-sabitlik davam edir. Belə ki, Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayan təcavüzkar ölkə siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhran dövrünü yaşayır. Eyni zamanda, erməni KİV-də yer alan məlumatlara görə, ölkədə vətəndaş itaətsizliyi və kütləvi etiraz aksiyaları ara vermir.
Ermənistan mətbuatı yazır ki, cəmiyyətin bütün təbəqələri tərəfindən hökumətin istefası tələb edilsə də, baş nazir Nikol Paşinyan vaxt qazanmaq üçün bütün vasitələrə əl atır. Onun ortaya atdığı növbədənkənar parlament seçkiləri ilə bağlı müxalifət partiyaları ilə məsləhətləşmələr planı da baş tutmayıb. Belə ki, baş nazirin təklifi 17 partiyanın birləşdiyi “Vətənin xilası naminə hərəkat” tərəfindən ciddi qəbul edilmir. Bu günə qədər baş nazirin yalnız “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Çarukyanla görüşü baş tutsa da, həmin görüşün konkret nəticəsi barədə heç bir məlumat verilməyib.
Yeri gəlmişkən, qeyd edək ki, “Vətənin xilası naminə hərəkat”ın nümayəndələri Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb. “News.am” yazır ki, müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan, “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan və “Daşnaksutyun” partiyasının ali şurasının nümayəndəsi İşxan Saqatelyan xarici işlər naziri A.Ayvazyanla görüşdən sonra brifinq keçiriblər. Görüşün təfərrüatları barədə fikrini bildirən V.Manukyan deyib ki, indiki durum ictimai-siyasi dairələrdə böyük narahatlığa səbəb olur: “Vəziyyət partlayış həddindədir və ölkə gözlənilməz fəlakətə doğru gedir. Nazirə narahatlığımızı bildirdik, qarşı tərəfdən izahatlar verildi. Verdiyimiz sualların bəziləri tamamilə cavabsız qaldı”.
Xatırladaq ki, yanvarın 8-də V.Manukyan XİN rəhbərinə, təhlükəsizlik xidmətinin direktoru Armen Abazyana və baş qərargah rəisi Onik Qasparyana “Vətənin xilası naminə hərəkat”ın nümayəndələri ilə görüş təşkil edilməsi tələbi ilə müraciətlər etmişdi. Yanvarın 9-da A.Ayvazyanla görüş baş tutsa da, sonuncular görüşdən imtina ediblər.
“Tert.am”ın yazdığına görə, İ.Saqatelyan deyib ki, baş nazirin vəzifədə qaldığı hər gün ölkəyə zərər verdiyi üçün yaxın günlərdə Paşinyanın hakimiyyətdən kənarlaşdırılması üçün addımlartın atılması davam etdiriləcək. Saqatelyan son günlər müxalifətin susduğu və passiv olduğu barədə ittihamlarla da razılaşmayıb: “Son 7 gün ərzində bir neçə açıqlama və tələb irəli sürdük, bütün dövlət orqanlarının işləmədiyi şəraitdə etiraz və itaətsizlik aksiyalarının təsirsiz olacağını nəzərə alaraq, keçən həftə kütləvi küçə aksiyaları keçirmədik. Önümüzdəki günlərdə vətəndaş itaətsizliyi aksiyaları formasında mübarizəmizi davam etdirəcəyik. Bununla yanaşı, regionlara səfərlər də planlaşdırılır”.
Bu arada, “Panorama.am” yazır ki, “Siyasi iqtisadiyyat” tədqiqat institutunun rəhbəri Andranik Tevanyan Ermənistanda 9 noyabrdan sonrakı vəziyyəti “anormal” adlandırıb: “Müharibə dayansa da, Nikol hakimiyyətdə qaldıqca, yeni müharibə və yeni məğlubiyyət ehtimalı artır. Ermənistan məhv olmaq astanasındadır. Politologiya qaydalarına və dünyanın siyasi praktikasına görə, kapitulyasiyadan sonra N.Paşinyan aşağıdakı yollardan biri ilə hakimiyyətdən getməli idi: 1 - intihar, 2 - istefa, 3 - hərbi çevriliş. Hələlik bu variantlardan heç birinə niyə şahid olmadığımız ayrı bir müzakirənin mövzusudur”.
Beləliklə, məğlub Ermənistan hazırda ağır sosial-iqtisadi böhran içindədir. Ölkə müxalifəti isə Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün vətəndaş itaətsizliyi aksiyalarını genişləndirmək fikrindədir. Əksər siyasi şərhçi və ekspertlərin qeyd etdikləri kimi, xaos və anarxiyanın mövcud olduğu məğlub ölkədə indiki vəziyyət olduqca acınacaqlıdır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

