Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Vatikanda XVI Benediktin vida mərasimi keçirilir

Vatikanda XVI Benediktin vida mərasimi keçirilir

02.01.2023 [14:03]

Vatikandakı Müqəddəs Petri Bazilikasında dünyadan köçmüş Papa XVI Benediktlə vida mərasimi başlayıb.

Papanın cənazəsi bazilikanın mərkəzində tabutsuz sərgilənir, ona qırmızı liturgik paltar geyindirilib və əlində rozari (katolik kilsəsində istifadə edilən dualar toplusuna və komponent dualarını saymaq üçün istifadə edilən düyünlər və ya muncuqlar silsiləsi – red.) var.

Səhər saatlarından mərhumla vidalaşmaq istəyənlər növbəyə düzülüb. Vida ümumilikdə üç gün davam edəcək. Bu gün mərasimdə İtaliyanın Baş naziri Corc Meloni də iştirak edib. Dəfn mərasiminə 60 minə yaxın insanın qatılacağı gözlənilir.

Xatırladaq ki, XVI Benedikt dekabrın 31-də 95 yaşında vəfat edib. O, səhhətinə görə “təqaüdə çıxan” ilk Papa olub və ömrünün son 10 ilini monastırda yaşayıb.

Paylaş:
Baxılıb: 752 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30