Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Havayda meşə yanğınları nəticəsində mindən çox insan itkin düşüb

Havayda meşə yanğınları nəticəsində mindən çox insan itkin düşüb

21.08.2023 [10:51]

Yanğınlardan sonra mindən çox insanın itkin düşdüyü ABŞ-nin Havay ştatının Maui adasında axtarış əməliyyatları davam edir.

Bu barədə Havay adalarının qubernatoru Coş Qrin CBS telekanalında məlumat verib.

Onun sözlərinə görə, itkin düşən 1050 nəfərin axtarışı bir neçə həftə çəkəcək:

“Yanğının təsirinə məruz qalan ərazilərin 85%-i yoxlanılıb. İndi biz böyük binaları tədqiq edirik, bunun üçün mərtəbələrin və konstruksiyaların təmizlənməsi tələb olunur”.

Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb, insanlar yanğından uzaqlaşmaq üçün okeana üzüblər. Onlar sahil mühafizəçiləri və könüllülər tərəfindən xilas ediliblər.

Paylaş:
Baxılıb: 807 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30