Şənbə üçün nəzm
17.05.2025 [08:53]
Nəriman Həsənzadə
Nərdivan
Bu dünya nərdivandı.
Qalxanda mehribandı
Enəndə nə yamandı.
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırıdı nərdivan,
Məni xatirələrə endirirdi.
Bu zaman,
birimiz-günçıxana,
birimiz-günbatana...
Qalxa bilməzdim daha,
Nə o güc, nə o taqət.
O da enə bilməzdi.
Haqlı-haqsız, vermişdi
öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya.
Elə dayanırsan
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol...
Nə qəribədir?!
Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb
gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.
Qoluna girərdim... bu, yadındadır,
gedərdik... yolumuz , arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
toxunsa biz indi üzr istəyirik.
Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki,
Görəsən məni?
Saraya
Mən səni həyatda daşa dəyişdim,
Torpağa dəyişdim, məzara döndün.
Mən öz baharımı qışa dəyişdim,
Çinara dönmüşdün, hasara döndün.
Bir ana bənd imiş bu əbədiyyət,
Duydum buza dönən nəfəsimi də,
Anamı əlimdən alan təbiət
Gözü götürmədi, aldı səni də.
Mən bir xəcalətdən çıxa
bilmədim,
Bu gizli dərdimi açıq desəm də.
Sənə - sənə layiq baxa bilmədim,
Səni - sənə layiq dəfn eləsəm də.
Yerə söykədilər mərmər üzünü,
Qışqırdım dayanın,əl saxladılar
Mən özüm örtərdim evdə üzünü,
Burda,qəbristanda torpaqladılar.
Sən getdin, dəyişdi həyatın özü,
Getdi dadı-tamı,hər şeyi getdi.
Evi bəzərdin ki, gözəl görünsün,
Evimin ən gözəl bəzəyi getdi.
Gedib dost-qohumun qəbri üstünə,
Gül-çiçək qoyurduq ikilikdə biz.
Mən sənsiz ölərəm!
Demişdim sənə,
Hamısı yalanmış,
yaşadım sənsiz...
Sənə sədaqətdi bütün həyatım
Deyərdim,baxardın gülümsəyərək.
Səni qəbristanda qoyub qayıtdım,
Sədaqət şüarım bu imiş demək.
Bu gün qəbristanda gecikib səhər,
Üstünə nur səpir qızıl dan yeri.
Torpaq ot bitirər,ağaç bitirər,
Burda daş bitirir qəbristan yeri.
Bir gözəllik itib duman içində,
Dünya imtahanmış, işləri ovsun.
İlahi,bu qədər insan içində,
Bir insan tapılmır söz demək olsun.
Fikirli qalxıram üzüyuxarı,
Nə qədər yaxınsan, nə qədər uzaq.
Təzə ot göyərib örtür cığırı,
İtirmək istəyir qəbrini torpaq.
Mənsiz darıxardın evdə hər dəfə,
Dözümsüz olmuşdu gecə-gündüzün.
Gedəndə deyirdin tez qayıt evə,
Bəs niyə qayıdıb gəlmirsən özün?!
Gözüm yolda qalıb,qulağım səsdə,
Gedibsən,qalmışam mən
qonaq kimi.
Sən yerin altında, mən yerin üstə,
Biz ayrı düşmüşük kök-budaq kimi.
Ürəyim ananı istəyir, qızım
Ürəyim ananı istəyir qızım,
Sən yaşa, dünyada qəmsiz kədərsiz,
Bir səs qulağıma döz deyir, qızım,
Mən dözdüm, yaş ötdü
məndən xəbərsiz.
Qaşlarım qaradı, saçlarım ağdı,
Təbiət şəkilimi çəkir yenidən.
Hamı bu dünyada qocalacaqdı,
Amma tək qocalmaq
dərd verir hərdən.
“Dağlar” deyə-deyə mən
dağ aşmışam,
Hanı tale dostum, ürəkdən gülən?!
Dünyada yaşayıb dünyalaşmışam,
Dünyayla düz gəlmir daha
mən deyən.
Daddim acısını şirin həyatın,
Hələ bu acıdan doyan olmayıb.
Qızım qardaşınla sən olmasaydın,
Deyərdim dünyada anan olmayıb.
Daha yaş artdıqca, səbrim azalır.
Yaş aşdı...Neyləsin yaş əyir,qızım,
Qadınsız ata da anasız, qalır
Ürəyim ananı istəyir qızım...
Tələbəlik
Durur ayrıldığım kölgəli çinar,
Durur Gəncədəki bizim institut.
Xəyalım bir yerdə tutmadı qərar,
İlləri andırdı bir anlıq sükut.
Neyləyim, unutmur insan ürəyi,
Yaşadım dünyadan könlü yanıqlı.
Düz dörd il geyindim
köhnə pencəyi,
Qolu gödək oldu, boynu yamaqlı.
O pencək saxladı məni soyuqdan,
Doğru danışmağı çoxu ar bilir.
Əynindən çıxardıb vermişdi atan,
Heç kim bilməsə də qonşular bilir.
Bəzən ac da qaldım
daha nə danmaq,
Danışıb gülməyə könlüm olmadı.
Şeirim qəzetə çap oldu, ancaq
Bir qəzet almağa pulum olmadı.
Lakin bu dərdimi bilmədi heç kim,
Mən bildim qədrini sevincin, qəmin.
Arabir xəlvəti baxıb sevindim,
Təzə yamağına köhnə çəkməmin.
Gülmə, görməmisən o sevinci sən,
Xoşbəxt böyümüsən, xoşbəxt ol, anam.
Bir də bilirsənmi mən o sevincdən
Dünyada heç kəsə arzulamıram.
Oldu sevincim də, oldu qəmim də,
Bir tələbə qıza könlümü verdim.
Onun hər sözünü öz aləmimdə
Seminar dərsitək əzbərləyirdim.
Deyirdim, nə qədər baha olsa da,
Gərək üzük alım, bu bir adətdir.
Ancaq avtobusun keçib yanından,
Piyada gedirdim dərsə arabir.
Qoy indi ağrısın vicdanı varsa -
Girdi aramıza onda bir nəfər.
Bir gəncin taleyi alt-üst olursa,
Ağırdır dağılan ailə qədər.
Fikir ver hökmünə sən misalların,
Deyir su quyunun dibində olur.
Hayıf ki, ürəyi bəzi qızların
Başqa oğlanların cibində olur.
Qoy bir söz də deyim, çıxarma
yaddan,
Bu da, necə deyər, bir məsləhətdi.
Çalış ki, əvvəlcə yanılmayasan,
Təəssüf ikinci məğlubiyyətdi.
Ömrün yolları da pilləkən kimi
Gendən ucalara lap çox baxmışam.
Mən o pillələrlə bir insan kimi
Gör ki, necə gəlib, necə qalxmışam.
Bir az möhlət istəyirəm ömürdən
Saçlarımın rəngindədi gödəkçəm,
yarı bozdu, yarı qara, yarı ağ.
Təbiət öz saydığını sayacaq.
bir ömrün fəsilləri qarışmış, -
Yarı yazdı, yarı payız, yarı qış.
Uzaqdımı, yaxındımı mənzilim,
mən dağ qalxdım dağı
aşan kimiyəm.
Dünya gördüm, dünyalaşan
kimiyəm;
bələd oldum hər üzünə həyatın,
Gecəsinə, gündüzünə həyatın.
Bir az möhlət istəyirəm ömürdən,
nə qədər ki, bu dünyada biz varıq,
bu dünyanı yaşadırıq, yaşarıq, -
sən olarsan, mən olaram - ikimiz.
Həyat şirin, dünya gözəl, sən əziz...
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40

