Şənbə üçün nəzm
19.07.2025 [08:34]
KİRİ...
Tanrının gözündən
taleyinə düşən adam.
Öz içinə yıxılarsan,
dərdinə ilişən adam.
Yaramadın alovuna quş
dimdiyində su qədər.
Burax dünyanın ətəyin,
inadkar olma bu qədər.
Sən hələ saydığını say gör,
bir Fələk nə sanayar.
Sinəsində dağ gəzənin
ayaq izləri qanayar.
Kiri, bu bəxtə,
qismətə qoyulası ad tapmazsan.
Dəryalardan bir damla su,
cəhənnəmdən od tapmazsan.
Ovucların qan qoxuyur...
Öz əlində qalan adam.
Bir Allah bəndəsi yoxmu
səni səndən ala, adam.
MƏN SEÇDİM ALDANMAĞI
Sən məni aldatmadın,
mən seçdim aldanmağı.
Gəl, sənə də öyrədim
üşüyərək yanmağı.
Bir ocaq qalamısan, tüstüsü göyü dəlir,
Məni görən uşaq da deyir ki:
“dəli” gəlir.
Həsrətin bahar olub, yaralarım gül açır,
Səndən sonra tellərim
ölüm qoxusu saçır.
Mən atalı, analı yetim qalan körpəyəm,
Mən torpağa çırpılıb,
paralanan kölgəyəm.
Nə tufandan qorxum var, nə doludan, nə qardan,
Mənim kimi sevəni bir də
taparsan hardan?
Gəl, sənə əllərimi qurban kəsim,
birdənəm,
Cəl, sənə Vətən olum, gəl,
Nəfəsim, Birdənəm!
HARDAN BİLƏSƏN?
Bu nağıl bitən deyil,
Hələ neçə bölüm var.
Gəl, gözlərindən öpüm,
Ayrılıq var, ölüm var.
Ruhum göyə sovrulur,
Cismimi torpaq udur.
Bağrına bas bir anlıq...
İlahi, cənnət budur?!
Nəfəsimi boynunun,
Ətrinə qurban kəsim.
Necə dua edim ki,
Yetsin Tarıya səsim?
Bilirsən necə sönür,
Ciyərindən yananlar?
Bilirsən necə olur,
Ölümdən yarananlar?
Hər gecə, milyon dəfə
Cəhənnəmdən keçərsən.
Didib yaralarını,
Öz qanını içərsən.
Darıxan əllərindən,
Yanıq qoxusu gələr.
Sürünər ürəyində
Dərdin ilantək mələr.
Payızda yarpaqlarla,
Saçlarını tökərsən.
Baharda yollarına,
Gözlərini əkərsən.
Bilsən nədir yox olmaq,
Yaranmaqçün ölərdin.
Bilsən...hardan biləsən,
Mən olsaydın bilərdin...
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58

