Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabı İranda nəşr olunub
18.07.2014 [09:53]
Filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyevanın “Arazbarı” şeirlər toplusu İranda nəşr olunub. Kitab İran Mədəniyyət və İslami İrşad Nazirliyinin icazəsi ilə “Avayi Münci” nəşriyyatı tərəfindən yüksək poliqrafiya və nəfis dizaynla ərsəyə gəlib. Təbrizli tənqidçi Susən Nəvadeh Rəzi kitab haqqında yazır: “Şairə miflərlə tanışdır, xalq yaradıcılığı sahəsində əhatəli məlumatlara sahibdir, buna görə də fikirlərini ifadə edərkən onları gözəl şəkildə qələmə alır, beləliklə də düşündüklərini biçimləndirərək sözlərinin mənasını qat-qat gücləndirir”.
Sona Vəliyevanın “Arazbarı”da cəmləşdirilmiş şeirləri orijinal üslubda oxucunun görüşünə gəlib. Bu orijinallığı yaradan şairənin rəvan yazı dili, fəlsəfi düşüncəsi ilə şeirlərin məzmunundakı uyğunluq və bağlılıqdır. “Arazbarı”dakı şeirlərin dərin məzmununda ana məhəbbəti, vətəndaş məsuliyyəti, insan duyğuları, bəşəri dəyərlərin qorunması arzusunu vahid bir xətt üzrə izləyə bilirik. Burada inkaredici fikir və ifadəyə rast gəlinmir. Bunları nəzərə alaraq deyə bilərik ki, əslində şairə poeziya yaradıcılığında özünün, özü kimi görmək istədiklərinin, özünə, xalqına, ölkəsinə, dövlətinə aid olanların ümumiləşdirilmiş obrazını yaradıb.
Urmiyalı tədqiqatçı, şair və tərcüməçi Əkbər Əlyar Həmidi kitabın İran nəşrinə əlavə etdiyi girişdə yazır: “Həkimə Billuri və Mədinə Gülgündən sonra belə bir qadın şairə ilə rastlaşmaq olduqca maraqlı və gözlənilməzdir, çünki onlar müşəxxəs (bəlli) bir dövrdə müəyyən səbəblərə görə, təbii olaraq nisgil və həsrət şeirinin bayraqçıları olmuşlar, ancaq Sona Vəliyeva tam fərqli bir şəraitdə, özü də təkcə nisgil yox, bəlkə yarınisgil, yarıepik bir yaradıcılığın sahibidir”.
İranın Urmiya şəhərində dərc olunan “Dəniz” qəzetində “Arazbarı” barədə yayılmış məlumatda oxuyuruq: “Sona xanım Vəliyeva Azərbaycan ədəbiyyatında nadir yaradıcılıq üslubu ilə seçilən, poetik düşüncələrini lirik-fəlsəfi biçimdə oxucuyla bölüşməyi bacaran şairədir. Özünəməxsus deyim tərzi, xalq dilinə və poeziyasına yaradıcılıqla yanaşması, Vətənə və insani dəyərlərə olan tükənməz məhəbbəti, aydın və şəffaf mövqedən poetik dildə ustalıqla təsvir etmək bacarığı şairənin ədəbi aləmdəki nadir üslubunu ortaya qoymuşdur”.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30

