“Yaşanılmayan illər”də “Bir damla ümid” axtarıb “İstəyərək ayrılmışdıq”...
10.09.2014 [09:44]
Deyən Sara Bağırova “Əjdaha mağarası”, “Lövhədəki yazı” romanları ilə oxucularının görüşünə gəlir
“Qələmimin və təfəkkürümün vəhdəti sayəsində yaratdığım bir-birindən maraqlı obrazlarımla həyatımı yenidən yaşayıram” deyən yazıçı Sara Bağırova “Əjdaha mağarası”, “Lövhədəki yazı” romanları ilə yenidən oxucularını sevindirir.
“Yaşanılmayan illər”, “Bir damla ümid”, “İstəyərək ayrılmışdıq” romanları ilə yaradıcı aləmdə sözünü deməyi bacaran Sara Bağırovanın bir-birindən maraqlı “ədəbi məhsullar”ının əsas qayəsi milli mənəvi dəyərlərə, yurda bağlılıq, xəyanətə qarşı barışmazlıq, ata-ana, övlad məhəbbətinin müqəddəsliyini çatdırmaqdır. İnsan ömrünü təbiət hadisələri ilə müqayisədə “təhlil edib” araşdıran müəllif üçün Tanrının yaratdığı varlıqlar, bütün canlılar gözəldir. Bu gözəllikləri fərqləndirən insanların onlara yanaşma tərzi, duymaq qabiliyyəti, çıxardığı nəticədir. Müəllif “bir anın hökmü”nün dəyişilməzliyini ədəbi dilin qüdrətindən, zənginliyindən bacarıqla istifadə edərək çatdırır. İnsanların bu fərqlilikdən çıxış yollarını aramaq üçün çəkdiyi əzabları, duyduqları sevincləri, başqalarına yaşatdıqlarını oxucunu arxasınca aparmaq bacarığı ilə göstərir.
Müəllifin əsərləri ilə tanışlıqdan yaranan qənaət belədir: Bütün sevgilərin, məhəbbətin mayasında düzlük, səmimilik, qarşılıqlı hörmət olmalıdır. Bu duyğular uğrunda yorulmadan mübarizə aparanlar sonda qalib gəlirlər. “Yaşanılmayan illər”dəki Namir və Aygül kimi. Bir ailədə baş verən hadisələri bədii təxəyyülünün gücü ilə qələmə alan Sara xanımın “müdriklik etalonu”nda dostluğa sədaqət, ata-anaya hörmət, cəmiyyətə sadiqlik ön planda göstərilir.
“Əjdaha mağarası”nda bu duyğular ailə-məişət zəminindən çıxaraq daha böyük mənada - Vətənə, yurda bağlılıq simvolu ilə fərqlənir. “Günahını keçmişdə saxlaya bilmirsənsə, gələcəyinə daşıyırsan deməkdir” söyləyən müəllif bu dəfə fərqli bir ailənin həyat hekayəsindən bəhs etməklə oxucunu insanı cəmiyyətdən kənarlaşdıran bəd əməllərdən uzaq olmağa çağırır. Bu yolda əsas “silah”ı olan sözə güvənərək düzlüyü, təmizliyi təbliğ edib, insanları haqq yoluna çağırır. Günahını silməyin yollarını hadisələrin axarında, zamanın hökmünə uyğun, bəzən sərt, bəzən humanist münasibəti ilə oxucuya çatdıran müəllif bütün məqamlarda məqsədinə nail olur.
İnsanlara inam, müəllifin dili ilə desək, həyatın başlanğıcı olan məktəb illərindən başlanır. Bu duyğular məktəbin daimi sakinləri olan şagirdlərin yaşadıqlarından və başqalarına yaşatdıqlarından bəhs edən “Lövhədəki yazı”da hiss olunur.
“Bir damla ümid”, “İstəyərək ayrılmışdıq” romanlarının süjetini də həyat hadisələrindən götürərək onu ictimailəşdirməyi bacaran, insanları Azərbaycan xalqına yad əməllərdən çəkindirməyə çağıran Sara Bağırovanın yaradıcılığından bir xətt kimi keçən qayə, istək xeyirxahlıq, həyata bağlılıq, “Mən nə üçün doğuldum” sualını müsbət mənada cavablandırmaqdır. Bu duyğular isə müəllifin özünün mənəvi zənginliyinin, gələcəyə nikbin baxışının ifadəsi olmaqla, həyat yolunun qışını, şaxtasını andıran əzab-əziyyətlərə mətanətli olmaq, baharın sevincini insanlarla bölüşmək kimi insani keyfiyyətlərdən qaynaqlanır. Bütün romanlarında inandığı, səcdə etdiyi bir amal var. İnsanlara sevgi, təbiətə vurğunluq, bəşəri dəyərlərə, ümumiyyətlə, bütün canlılara qiymət vermək istəyi. İnanırıq ki, Sara Bağırova yaradıcılığı ilə tanış olan oxucular yeni romanlarda müəllifin daha böyük yaradıcılıq uğurlarının şahidi olacaqlar.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58

