Ürəklərdən Bakıya köçəcək abidə - Aşıq Ələsgər adlı!
02.12.2021 [11:17]
Cavi Dan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkarın heykəlinin qoyulması ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılıb.
Bir insan nə qədər şair ruhlu olmalıdır ki, barəsində ölkə başçısının Sərəncamını oxuyanda belə fikrində dalğa-dalğa sözlər, misralar bənd ola bir-birinə, saz havası keçə başından və qışın astanasında olmağına baxmayaraq, bu sənə yaz havasını xatırlatsın, müəllifin öz səsini, öz nəfəsini duyasan sanki:
Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən alalı dağlar.
Görəsən necə imiş Aşıq Ələsgərin səsi? Gur, yoxsa sakit, həlim? Şeirlərini özü necə oxuyarmış? Yalnız saz ifası ilə birlikdəmi? Yalnız aşıq mahnısı kimimi?
Cilvələnib, nə qarşımda durubsan,
Canım sana qurban, ay sarı köynək!
Mələksən, çıxıbsan cənnət bağından,
Heç kim olmaz sana tay, sarı köynək!
Kim bilmir bu mahnını? Bilməyən əlini qaldırsın!
Bu sualı görəndə hamı gülümsəyib başını bulayacaq, əminəm.
Çünki 200 ildir ki, “Sarıköynəksiz” toy, nişan, qonaqlıq olmur ölkəmizdə.
200 ildir ki, əyninə sarı köynək geyinmiş istənilən adamı görəndə hər bir azərbaycanlının fikrindən məhz bu mahnının sözləri keçir:”... ay sarıköynək!”
Necə aşiq olur şairlər? Necə ruhlarını təslim edirlər bəzən adi, bəzən ali, amma hər zaman sadəcə bəni-insana? Axı özləri yer adamı olmurlar? Olsaydılar, bu qədər qərib olardımı könülləri, ovuclarının içi kimi tanıdıqları dünyada? Olmazdı... Mən indi “şair” deyəndə dastanlarımızla gen yaddaşımıza hopan əsl haqq aşıqlarını nəzərdə tuturam. Elə Aşıq Ələsgəri də. O deyilmi sadəcə iki kəlməlik “çərşənbə günü” ifadəsini eşitdiyimiz andaca hər birimizi xəyalən min dəfə çeşmə başına aparan, alagöz xanıma aşiq olduğunu anladan, nişanlı olduğunu biləndə qol-qanadı sınan... bizi də özüylə bərabər aşiq edən, pərt edən, sındıran...
Çərşənbə günündə, çeşmə başında,
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Cadu qəmzələri qanıma düşdü.
Ah, gözəl şair! Ah, mələk ruhlu aşiq! Ah, saf ruh...
Yazımın bu yerində hamınızı romantik ovqatdan bir qədər ayırmaq və yenə də rəsmi xronikaya nəzər yetirmək istəyirəm.
Hələ 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamına əsasən, Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdi. Bu, Heydər Əliyevin Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə verdiyi yüksək dəyər idi. Prezident İlham Əliyev bu ənənəni davam etdirdi və onun sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə təntənə ilə qeyd olundu, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirildi. Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi”i açıldı. Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili “Aşıq Ələsgər ili” elan etdi. Bu il isə Prezident İlham Əliyev 18 fevral 2021-ci il tarixində “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Və bugünkü möhtəşəm xəbər: Bakıda Aşıq Ələsgərin abidəsi ucaldılacaq!
200 ildir ki, abidəsi hər birimizin ürəyində olan Aşıq Ələsgərin ziyarətinə artıq əllərimizdə gül dəstəsi, dilimizdə onun ən gözəl misraları, gözlərimizdə işıq gedə biləcəyik. Hər gün yanından keçəcəyik, kimimiz ürəyində salam verəcək, kimimiz salavat çevirəcək, kimimiz də sadəcə aşığın dillər əzbəri olan mahnılarından birini zümzümə edəcək... Lap elə bu mahnını:
Gözəl, sənin nə vədəndi,
Kəsilib qısa tellərin?
Kəlağayı əlvan,
qıyqacı üstündən basa tellərin.
Və Bakı küləyi abidənin yanından keçən bütün gözəllərin tellərini oxşayıb üzünə təbəssüm qonduracaq...
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15

