“Molla Nəsrəddin”in 116 yaşı tamam oldu
08.04.2022 [10:37]
İ.Rəsulova
Azərbaycanda ilk şəkilli jurnal “Molla Nəsrəddin”in birinci sayı 1906-cı il aprel ayının 7-də (yeni təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb.
Həftədə bir dəfə Azərbaycan dilində çıxan bu jurnal bütün müsəlman dünyasında və Yaxın Şərqdə rəngli və şəkilli yeganə satirik nəşr idi. Hər nömrəsi 8 səhifədən ibarət olan jurnalda ictimai bəlaların tənqidinə və ifşasına, rəngli karikaturalara geniş yer verilirdi.
Onun təsisçisi Cəlil Məmmədquluzadə bu hadisənin əhəmiyyətini qiymətləndirərək yazırdı: “Molla Nəsrəddin” jurnalını təbiətin özü yaratdı”. “Molla Nəsrəddin” jurnalı 25 il ərzində müəyyən fasilələrlə Tiflisdə, Təbrizdə və Bakıda nəşr olunub. Onun Tiflis dövrü 1906-1918-ci illəri, Təbriz dövrü 1921-ci ili, Bakı dövrü isə 1922-1931-ci illəri əhatə edib.
Jurnalda məqalələr, kəskin tənqidlər, felyetonlar, məzhəki şeirlər, satirik hekayələr, lətifələr, poçt qutusu, məzhəki elanlar, xüsusi elanlar, kariktura və illüstrasiya bölmələri var idi.
Jurnala Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz Şəbüstəri, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı kimi görkəmli yazıçı və şairlər, Əzim Əzimzadə, Oskar Şmerlinq və İosif Rotter kimi rəssamlar cəlb olunmuşdu. Ömər Faiq Nemanzadə C.Məmmədquluzadənin ən yaxın köməkçisi və məsləkdaşı idi.
“Molla Nəsrəddin” Azərbaycanın ictimai-siyasi həyatında kəskin ideoloji mübarizələr getdiyi dövrdə öz mövqeyi və hadisələrə fərqli yanaşma tərzi ilə seçilirdi.
Məcmuə əməkdaşları xəbərləri hazırlayarkən, asan qavranılsın deyə, xalq yaradıcılığının imkanlarından istifadə edirdi. Jurnal dəfələrlə bağlansa da, fədakar ziyalıların əməyi nəticəsində yenidən dirçəlib, yenidən fəaliyyətə başlayıb. “Molla Nəsrəddin” Azərbaycanda demokratik mətbuatın inkişafına böyük təsir göstərdi və çox qısa müddətdə təkcə Azərbaycanda deyil, həm də bütün Yaxın və Orta Şərq ölkələrində ən oxunan nəşrə çevrildi. Mövcud olduğu 25 il ərzində onun 800 nömrəsi işıq üzü gördü.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58

