Şəhriyar gəlmədi
01.11.2022 [10:59]
Bu şeir çoxdan - böyük Vaqifın anadan olmasının 250 illiyini bayram etdiyimiz ildə, son təntənə günündə, bir axşamda yazılıb; o vaxt xalqımızın bu böyük bayramına ustad Şəhriyarı da dəvət eləmişdik. Lakin o zamankı şahlıq üsul-idarəsi Azərbaycanın işığını, böyük nailiyyətlərini Şəhriyarın görməsini istəmədi, onun gəlməsinə mane oldu. Bu kitabın şeirlərini toplarkən arxivimdə qalmış həmin yazı ilə rastlaşdım. Bir də o günlərə qayıtdım... Şeiri olduğu kimi köçürüb bu kitaba daxil etməyi, keçən təəssüf hisslərimi oxucularla bölüşməyi məsləhət bildim.
Məmməd Araz
Baxışlar asıldı təyyarələrdən,
Ümidlər yollara sərili qaldı.
Bu ağır xəbərdən, bu nəns xəbərdən
Güllər güllüklərdə dərili qaldı,
Şəhriyar gəlmədi...
Gümanlar diplomat paltarı geydi,
Gümanlar özündən yollar düzəltdi.
Gümanlar bir soldat paltarı geydi, -
Dənizə gözətçi, göyə gözətçi...
Gümanlar açmamış qapı qoymadı,
Gümanlar siyasət sapı qoymadı,
Dartıb çözələdi, düyünlər açdı,
Hardasa sap qaçdı, düyün dolaşdı,
Hansı “hiyləninsə” dodağı qaçdı,
Hansı “niyə”ninsə barmağı “çaşdı”,
Qələm “olmaz” atdı, “olar” yerinə,
“O”, borclu da qaldı “onlar” yerinə.
Eşitdim səsini mən Əli-bəyin:
“Ay ata, bu sənin bəxtindi yəqin,
Sənin şənliyinə o tac gəlmədi,
Sənin şənliyinə o tay gəlmədi.”
Şəhriyar gəlmədi.
Bu həqiqətdi.
İnandıq, inanmaq istəməsək də,
Həsrətlər boynunu birdən dikəltdi.
Qaçdı ayaqyalın daşla-kəsəklə...
Həsrətlər Araza yolunu burdu,
Həsrətlər sərhəddə üz-üzə durdu:
Daşlar çilikləndi ayaqlar altda,
Torpaq dilikləndi ayaqlar altda,
Qəzəb dilikləndi dodaqlar altda.
Həsrətlər o taya külək yolladı,
cavab gətirə.
Kəpənək yolladı cavab gətirə.
Ölmüş bir balığın sümüklərinə
Cavab yazsalar, Araza atsalar,
Gəlməzmi, nədi!
Şəhriyar gəlmədi! Niyə gəlmədi?
Həsrətlər bir qarı donuna girdi,
Səsi yumaq kimi çözələnirdi:
- Görüm limanlara dəniz qabarsın,
Görüm qatarları tufan qamarsın,
Uçaq meydanları qalansın buzla,
Biz ki görüşmədik öz oğlumuzla...
O yanda bir təpə torpaq dikəldi,
Bir sümük: boylanıb bəyana gəldi:
- Mən daşlar altında bir tarix daşam,
Min dəfə daşlara dəyən bir başam,
Yataram bir qarış torpaq xanada.
Bir zaman demişdim Səttarxana da:
Düşmənin hər vədi gülə bürünmüş,
İşvəli, qəmzəli mələyə dönmüş,
Dili dürr damızan,
Dişi öd yığan
Bir əfı ilandır, bir əfi ilan!
Qoyub arxayınca qılıncı qına,
Getmə bu vədələr qonaqlığına.,.
Nə desək, deməsək, həqiqət budu.
Onu görməyimiz çox müşkül oldu.
Alqışlar qollarda kirindi artıq,
Ümidlər yollardan küründü artıq.
Qayıtdı geriyə toylar, yallılar,
Axarı kəsilən göy sular kimi.
Qayıtdı evlərə fərşlər, xalılar
Həvəsi gözündə arzular kimi.
Plovlar soyudu, dəmlər acıdı,
Tüstülər qayıtdı odun ömrünə.
Bu hal neçə saat sükut qıcıdı
Maşının ömrünə, atın ömrünə.
Səndən soruşuraın: Beqdeli cənab,
Səndən soruşuram: Tahiri Söhrab,
Səndən soruşuram: yoldaş Hüseyni,
Təbriz oğulları orada neynir?!
Şəhriyar gəlmədi. O gəlsə, başabaş
Azərbaycanı geyimli-gecimli qürur görərdi.
Qaragöz, qaraqaş Azərbaycanı
Qızıl nur görərdi, ağ nur görərdi.
Zirvəli ömürlər, qanadlı baxtlar
Onun gözlərini yaşartmazdımı?
Bu xoş günlərini ömrünə bağlar,
Ömrünə əlli il yaş artmazdımı?
Təbrik yağdırardı məktəblər ona
Ana dilində.
Təbrik yağdırardı məktublar ona -
Ana dilində.
Yox, şair ürəyi kürrə deyildir
Hər nəyi tullasan əridə, uda.
Söz, kefli əlində güllə deyildir.
O nahaq öldürməz quduz qurdu da.
Əslində şairin Vətəni dünya,
Əslində şairin söz məni dünya.
Əslində şairə sədd qoyan naşı
Çıxır bu dünyanın özünə qarşı,
Ağ olur yaranış qanunlarına,
Ağ olur fırlanan qanunlarına...
Hər nə söyləsək də, həqiqət budu:
Onu görməyimiz çox müşkül oldu.
Həqiqət budursa, min lənət ona,
Lənət bu doğrunun doğruluğuna.
Belə həqiqətdən yalan yaxşıdır,
Belə bəd xəbərdən güman yaxşıdır...
Siz ey bu dünyanın söz dərgiləri,
Dünyanın qozətçi xəbərçiləri!
Yalan danışıb, yalan!
Bütün qəzəblərə su səpən yalan.
Bütün əsəblərə mum təpən yalan!
Bir ölkə düzəldin: yalandan yalan!
Yazın nə gözəldir: yalandan yalan!
Böyük şairini yola salır, bax,
Havada yellənir min əl, min papaq.
Marallar qoşulub dartır qatan,
Qardaşı qardaşa qonaq aparır.
Şəhriyar yollanır Azərbaycana,
Yol hanı, yol hanı Azərbaycana?..
1967
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

