Bərdə, Quba və Ucarda məktəb açılışı olub
07.09.2024 [16:49]
Bərdə rayonu Nazim Hüseynov adına Alpoud kənd tam orta məktəbinin yeni binasının açılışı olub.
Elm və Təhsil Nazirliyindən Yeniazerbaycan.com-a verilən xəbərə görə, aAçılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, sektor müdirləri və məktəb kollektivi iştirak ediblər.
Bildirilib ki, ikimərtəbəli məktəb 264 şagird yerlikdir. Məktəbdə direktor və müavininin otağı, müəllimlər otağı, 11 sinif otağı, 1 tibb otağı, idman zalı, idman müəlliminin otağı, bufet, texniki işçilərin otağı, 2 mühafizə otağı, fizika, kimya, biologiya, informatika kabinetləri, hərbi kabinet, qızlar və oğlanlar üçün texnologiya otaqları, 84 yerlik iclas zalı, kitabxana mövcuddur.
Qubada da Çingiz Mursalov adına Vəlvələ kənd tam orta məktəbinin yeni binasının da açılış mərasimi keçirilib.
Açılış mərasimində elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor vəzifəsini icra edən Elnur Əliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, müəllim və şagirdlər iştirak ediblər.
Qonaqlar yeni məktəb binasının müasir tələblərə cavab verdiyini, təhsil prosesinin daha keyfiyyətli və səmərəli təşkili üçün şərait yaradacağını qeyd ediblər.
Daha sonra məktəb binasında yaradılmış şəraitlə tanışlıq olub.
Qeyd edək ki, məktəb 264 şagird yerlikdir.
Eyni zamanda Ucarın Qazyan kəndində Əziz Əliyev adına 2 nömrəli tam orta məktəbinin yeni binasının açılışı olub.
Açılış mərasimində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Ucar Rayonu İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov iştirak ediblər.
Qonaqlar yeni təhsil ocağında yaradılmış şəraitlə də tanış olublar.
Bildirilib ki, ikimərtəbəli məktəb 264 şagird yerlikdir. Məktəbin 1-ci mərtəbəsində direktor otağı, müəllimlər otağı, 5 sinif otağı, 1 tibb otağı, idman zalı, idman müəlliminin otağı, bufet, texniki işçilərin otağı, 2 mühafizə otağı yerləşir. Binanın 2-ci mərtəbəsində isə təlim-tərbiyə işləri üzrə direktor müavininin otağı, 6 sinif otağı, fizika, kimya, biologiya, informatika kabinetləri, hərbi kabinet, qızlar və oğlanlar üçün texnologiya otaqları mövcuddur. İkinci mərtəbədə həmçinin 108 yerlik iclas zalı və kitabxana var.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

