Bəşəriyyətin yaddaşı...
01.07.2025 [08:45]
274 yaşlı ilk ensiklopediya və müasir dövr
Müxtəlif məlumatların sistemli şəkildə toplandığı ensiklopediyalar bilikləri nizamlı və ardıcıl olaraq oxucuya çatdıran ən vacib yazılı mənbədir. Hər bir sahəyə aid məlumatları özündə əks etdirmiş bu kitablar bəşəriyyətin yaddaşı rolunu oynayır. Ensiklopediya təkcə sözlük və ya izahlı lüğət deyil, konkret anlayışlar, terminlər və hadisələr haqqında geniş informasiya təqdim edən fundamental məlumat toplusudur. Onun əsas məqsədi insanları müxtəlif sahələrdə maarifləndirmək, onları geniş informasiya ilə təmin etmək və elmi bilikləri əlçatan etməkdir.
Didronun 25 illik layihəsi
Bu gün dünyanın ilk ensiklopediyasının yaranmasından 274 il ötür. Belə ki, dünyanın ilk ensiklopediyasının birinci cildi 1 iyul 1751-ci ildə nəşr edilib. “İncəsənət və sənətkarlığın ensiklopediyası və ya elmin izahlı lüğəti” adlanan nəşrin ideyası hələ 1747-ci ildə fransız yazıçısı və dramaturqu Deni Didro tərəfindən irəli sürülüb. Didro bu layihənin həyata keçməsinə 25 il vaxt sərf edib.
Qeyd edək ki, nəşr 35 cilddən ibarət olub.
Ensiklopediyanın növləri
Ensiklopediyalar mövzu baxımından iki əsas kateqoriyaya bölünür: ümumi və ixtisaslaşmış. Ümumi ensiklopediyalar geniş mövzuları, bir çox sahəni əhatə edən məlumat bazasıdır. Buraya Britannika Ensiklopediyası, Qanuni Ensiklopediya və s. daxil edilə bilər. Bu növ ensiklopediyalar hər bir sahədən əsas anlayışları və mühüm məlumatları təqdim edir.
İxtisaslaşmış ensiklopediyalar isə yalnız bir sahəyə fokuslanır. Məsələn, tibb, hüquq, texnologiya, ədəbiyyat və ya musiqi üzrə ensiklopediyalar yalnız həmin sahədə dərinləşdirilmiş məlumat verir. Həmin ensiklopediyalar əsasən mütəxəssislər və peşəkar istifadəçilər üçün nəzərdə tutulur. Onların dili də daha texniki və sahəyönümlü olur.
Uşaqlar üçün ensiklopediyalar
Uşaq ensiklopediyaları onların yaş səviyyəsinə uyğun, rəngarəng dizaynlı və sadə dildə yazılmış məlumat toplusudur. Bu cür ensiklopediyalar uşaqlarda erkən yaşlardan bilik və maraq hissinin formalaşmasına kömək edir. Burada təbiət, heyvanlar aləmi, kainat, elm və texnologiya kimi mövzular oyun elementləri ilə birgə təqdim olunur.
Uşaq ensiklopediyaları həm də valideynlər və müəllimlər üçün mühüm maarifləndirici alətdir. Bu nəşrlər uşaqların dünyanı anlama formasını zənginləşdirir və onların düşüncə tərzini inkişaf etdirir. Əsas məqsəd uşaqları maarifləndirmək və müstəqil öyrənməyə təşviq etməkdir.
Azərbaycanda ensiklopedik fəaliyyət
Azərbaycanda ensiklopedik fəaliyyət XX əsrin ortalarından etibarən sistemli şəkildə inkişaf etməyə başlayıb. Xüsusilə “Azərbaycan Sovet Ensiklopediyası” ölkədə ilk genişmiqyaslı ensiklopedik nəşr kimi tarixə düşüb. Bu ensiklopediya Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, elmi və sənəti haqqında geniş məlumat toplusudur və dövrünün elmi tələblərinə uyğun şəkildə hazırlanmışdı.
Müstəqillik dövründən sonra isə yeni nəsil ensiklopedik nəşrlər işıq üzü gördü. Mədəniyyət, elm, tarixi şəxsiyyətlər və təhsil sahəsində bir çox kitab və ensiklopediya nəşr edildi. Onların arasında uşaqlar üçün hazırlanmış ensiklopedik nəşrlər də yer aldı. Hazırda bu sahədə rəqəmsal platformaların inkişafı ilə ensiklopedik biliklərin çatdırılma üsulları da dəyişib. Müasir dövrdə internet üzərindən çoxsaylı Azərbaycan dilində ensiklopedik resurslara çıxış mümkündür.
Rəqəmsal ensiklopediyaların üstünlükləri
20-ci əsrin sonlarında fərdi kompüterlərdə istifadə üçün ensiklopediyalar CD-ROM-larda çıxarılırdı. 1993-cü ildə buraxılan “Microsoft”un “Encarta”sı çap olunmuş ekvivalenti olmadığı üçün əlamətdar bir nümunə idi. Məqalələr video və audio faylları, eləcə də çoxsaylı yüksək keyfiyyətli şəkillərlə tamamlanmışdı. 16 ildən sonra 2009-cu ildə “Microsoft”un “Encarta”sının istehsalı dayandırıldı. Yeni ensiklopediya konsepsiyası 1993-cü ildə “Interpedia” təklifi ilə başladı və bu təklif “Usenet”də hər kəsin məzmun yerləşdirə biləcəyi və ona pulsuz daxil ola biləcəyi İnternet əsaslı onlayn ensiklopediyanı təsvir etdi.
Ənənəvi çap formatlı ensiklopediyalar zaman və məkan baxımından məhdudiyyətlərə malikdir. Lakin rəqəmsal ensiklopediyalar bu məhdudiyyətləri aradan qaldıraraq, geniş auditoriyaya istənilən vaxt və məkanda informasiya təqdim etmək imkanını yaradır. İnternetə çıxışı olan hər kəs sadə bir kliklə geniş məlumatlara çata bilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54

