Kəlbəcərə gedən yol...
16.09.2025 [08:13]
Dağlar yenidən nəfəs alır
1993-cü ilin yazında Kəlbəcərdən çıxarılan insanlar təkcə evlərini deyil, kök saldıqları torpağı, uşaqlıq illərini, ata yurdunu itirmişdilər. O köç göz yaşı, qaçış və iztirablı addımlar idi. Bəzisi qocalarını kürəyində daşıdı, bəzisi körpəsini qucaqlayıb yollara düşdü. Kəlbəcərin yolları o gün sükutun içində çırpınan haraylarla dolmuşdu... Amma xalqımız heç vaxt unutmadı, Kəlbəcəri qəlbində yaşatdı. Kəlbəcər təkcə xəritədə bir yer deyildi, o həsrət, möhnət və ümid idi.
2020-ci ilin Zəfər müjdəsi ilə işğal altında alan digər ərazilərimiz kimi Kəlbəcər də azad edildi. İllər sonra həmin yollar tərsinə çevrilir. Artıq qaçış deyil, qayıdış yoludur bu. Əllərində bağlama yox, ümid daşıyan insanlar Kəlbəcərə köçür. O köç karvanları artıq kədəri deyil, qüruru daşıyır.
Kəlbəcər sakinlərinin sayı 233 oldu
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dünən Gəncə şəhərindən 14 ailə (56 nəfər), Bakı şəhərindən 12 ailə (56 nəfər), Abşeron rayonundan 3 ailə (13 nəfər), Tərtər rayonundan 1 ailə (6 nəfər), Samux rayonundan 1 ailə (4 nəfər), Mingəçevir şəhərindən 1 ailə (4 nəfər), ümumilikdə 32 ailə - 139 nəfər Kəlbəcər şəhərinə köçürülüb.
Beləliklə, dünənki köç də nəzərə alınmaqla Kəlbəcər şəhərinə cəmi 52 ailə (223 nəfər) köçürülüb.
33 il sonra ilk zəng...
15 sentyabr - Bilik Günü münasibətilə 33 illik fasilədən sonra, Kəlbəcərdə ilk dərs zəngi çalınıb. Şəhərdə işğal dövründən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb. Bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib.
Qeyd edək ki, Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin inşası davam edir. Kompleksdə 528 şagird üçün ümumtəhsil orta məktəb, 80 yerlik uşaq bağçası, 7 peşə təhsili üçün emalatxana və 70 yerlik yataqxana nəzərdə tutulub. Təhsil kompleksinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Məktəbdə Bilik Günü münasibətilə təşkil olunan tədbirdə qeyd edilib ki, 32 il məcburi köçkünlüyün ağır sınaqlarını yaşamış soydaşlarımız bu gün qalibiyyətin bəhrəsini görərək doğma torpaqlarında həyatın yenidən bərqərar olmasına şahidlik edirlər.
Kəlbəcər bu gün yenidən dirçəlir. Yeni evlər, məktəblər, yollar, infrastrukturlar, ən əsası isə yenidən doğulan ruhlar. Bir torpaq ancaq insan ayağı dəyəndə, uşaq səsi gələndə, ocaq yandıqda və dua oxunduqda yaşayır. Kəlbəcər indi yaşayır. Çünki o artıq sahibsiz deyil!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56

