Zəfər siyasətinin möhtəşəm təntənəsi
28.11.2025 [08:30]
28 noyabr 2025-ci il Azərbaycan üçün həm Qarabağ Zəfərinin, həm də milli təhsil strategiyasının mühüm simvolu olaraq tarixə düşür. Belə ki, bu gün Qarabağ Universitetinin yaradılmasının iki ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış tarixi Sərəncamla əsası qoyulan Qarabağ Universiteti təkcə yeni dövrün müasir ali təhsil müəssisəsi kimi yox, həm də azad olunmuş Qarabağ torpaqlarında dövlətçilik ideyasının, qayıdışın və strateji inkişaf kursunun rəmzi kimi formalaşıb. Bu yubiley Qarabağ Zəfərindən sonra qurulan yeni geosiyasi reallıqların və dövlətin Böyük Qayıdış siyasətinin sarsılmazlığının möhtəşəm təntənəsidir. Qarabağ Universiteti - Azərbaycanın qüdrətinin elm müstəvisindəki dəmir yumruğudur. Cəmi iki il ərzində Qarabağ Universitetinin timsalında Azərbaycanın güclü siyasi iradəsi, Qarabağın bərpasında təhsilin prioritet mövqeyi və gələcəyə yönəlmiş inkişaf modeli öz praktiki təsdiqini tapıb. Dövlətimizin qarşıya qoyduğu məqsəd aydındır: Qarabağ yalnız bərpa olunmur, o, yüksək keyfiyyətli təhsil, elm, innovasiya və insan kapitalı mərkəzinə çevrilir. Universitetin qısa müddətdə əldə etdiyi nəticələr bu strategiyanın reallığa çevrildiyini göstərir. İnfrastrukturun müasir tələblərə uyğun şəkildə qurulması, beynəlxalq proqramlar və tərəfdaşlıqların formalaşdırılması, yeni fakültələrin yaradılması, akademik heyətin seçimi və tələbə qəbulunun təşkil edilməsi Qarabağda təhsilin sıfırdan yenidən qurulmasının bariz nümunəsidir. Bu gün Qarabağ Universitetində yüzlərlə tələbə təhsil alır, elmi araşdırmalar aparılır və region üçün yeni düşüncə tərzi formalaşdırılır. Qarabağ Universitetinin fəaliyyətə başlaması həm də 30 ildən çox davam edən həsrətin bitdiyini, doğma torpaqlara qayıdışın təkcə fiziki deyil, həm də intellektual və mədəni aspektdə möhkəmləndiyini göstərir. Universitetin hər addımında dövlətimizin milli maraqları, Prezident İlham Əliyevin Qarabağın inkişafı ilə bağlı müəyyən etdiyi strateji xətt və bu xəttin əsas dayağı olan təhsil siyasəti öz əksini tapır.
Dəmir iradənin məntiqi nəticəsi
Qarabağ Universitetinin Xankəndidə fəaliyyətə başlaması 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında həyata keçirilən birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin edildikdən sonra atılan ən strateji addımlardan biridir. Bu, işğalçı qüvvələrin illərlə dağıtdığı torpaqlara Azərbaycanın əbədi qayıdışının rəmzi və hüquqi təsdiqidir.
Universitetin Xankəndidə yerləşməsi, bu şəhərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu və bölgəyə tam nəzarətin güclü mənbəyini beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə həyata keçirilən bu layihə hərbi zəfərin ardınca gələn siyasi və iqtisadi inkişaf strategiyasının təhsil dayağını təmin edir.
Gələcəyin kadr potensialının siyasi təminatı
Qarabağ Universitetinin fəaliyyəti regionun təhlükəsizliyi və iqtisadi müstəqilliyi üçün birbaşa əhəmiyyət kəsb edir. Universitetin iki illik fəaliyyəti dövründə atılan bütün addımlar ölkə rəhbərliyinin gəncləşən, güclənən və elmə əsaslanan Azərbaycan vizyonunun göstəricisidir. Qarabağda yetişən hər bir mütəxəssis, Azərbaycan dövlətçiliyinə sadiq, milli ideologiyanı daşıyan kadr olaraq bölgənin gələcək idarəetməsində iştirak edəcək. Universitetin yaratdığı intellektual mühit, gələcək nəsillərin regionun iqtisadi ehtiyaclarına cavab verən ixtisaslarda (kiber-təhlükəsizlik, innovativ mühəndislik, dayanıqlı enerji) yetişməsinə zəmanət verir.
Qarabağ Universitetinin rektoru Şahin Bayramovun da ifadə etdiyi kimi Qarabağ Universitetində tələbələrə təkcə elm öyrədilmir, həm də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilmiş Zəfərin ruhu və vətənpərvərlik hissləri aşılanır. Çünki bu universitet Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda həyata keçirdiyi quruculuq siyasətinin əsas ideoloji və kadr bazasıdır.
Sülh və inkişafın təminatçısı
Qarabağ Universitetinin uğurlu inkişaf yolu Azərbaycanın öz ərazilərindəki bütün proseslərə nəzarət etdiyini, hər hansı bir xarici müdaxiləyə və ya təzyiqə boyun əyməyəcəyini göstərən dönməzliyin manifestidir. Bu təhsil ocağı, regionda sülhün və inkişafın təminatçısı kimi çıxış edən Azərbaycan dövlətinin strateji mövqeyini daha da gücləndirir.
İki il ərzində görülən işlər Qarabağın gələcəyinə qoyulan sərmayənin yalnız başlanğıcıdır. Qarabağ Universiteti qarşıdakı illərdə də elm və təhsilin inkişafı, innovativ layihələrin təşviqi, qlobal akademik mühitə inteqrasiya və bölgənin intellektual mərkəzə çevrilməsi istiqamətində fəaliyyətini ardıcıl olaraq davam etdirəcək.
Bu gün Qarabağ Universiteti həm tarixi Zəfərin, həm də Qarabağın dirçəlişinin real simvollarından biridir. Bu ali təhsil ocağının iki illik fəaliyyəti sübut edir ki, Azərbaycan dövləti Qarabağın yenidən qurulmasını yalnız bərpa layihəsi kimi deyil, gələcək nəsillərin formalaşdırıldığı strateji milli missiya kimi həyata keçirir. Bu Universitetin hər bir tələbəsi və məzunu tarixi missiyanın iştirakçısı və Azərbaycanın siyasi qüdrətinin bir parçası olacaqdır!
Günel Abbas,
Qarabağ Universitetinin əməkdaşı
Xankəndi şəhəri
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15

