Beynəlxalq tələbələrin “ADA” Universitetinə qəbulu başa çatıb
24.06.2014 [09:48]
“ADA” Universiteti 2014/2015-ci tədris ili üçün beynəlxalq tələbələrin qəbulu prosesini başa vurub. Qəbul həm bakalavr, həm də magistr pillələri üzrə aparılıb. Ümumilikdə 27 ölkədən 49 tələbə “ADA” Universitetinə qəbul edilib. ABŞ, Kamerun, Serbiya, Litva, Vyetnam, Norveç, Küveyt, Rusiya, Kamboca, Gürcüstan, Monteneqro, Qambiya, Fələstin, Ukrayna, Cənubi Afrika Respublikası, Argentina, Qırğızıstan, Əfqanıstan, Banqladeş, Bahamalar, Ekvador, Keniya, Slovakiya, Pakistan, Filippin, Sudan, Zambiyanın təmsil edildiyi qəbul prosesində tələbələrdən 25-i bakalavriat, 24-ü isə magistraturaya qəbul edilib.
Ümumilikdə “ADA” Universitetinin beynəlxalq tələbələri Mərkəzi və Şərqi Avropa, Şimali və Latın Amerikası, Afrika, Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya daxil olmaqla dünyanın bütün regionlarını təmsil edirlər. Qəbul prosesinin yaddaqalan digər cəhəti də bu ildən etibarən “ADA” Universitetinin beynəlxalq tələbə icmasına 12 yeni ölkə təmsilçilərinin əlavə edilməsidir. Bu ölkələr aşağıdakılardır: Banqladeş, Bahamalar, Kamboca, Ekvador, Küveyt, Monteneqro, Norveç, Fələstin, Serbiya, Cənubi Afrika Respublikası, Sudan və Zambiya. Bu günə qədər “ADA” Universitetinin Rusiya, ABŞ, Qambiya, Pakistan, Çexiya, Meksika, Argentina, Fici, Tanzaniya, Gürcüstan, Macarıstan, Ukrayna, Keniya kimi ölkələrdə məzunları var.
Qeyd edək ki, ölkə diplomatiyasının bir hissəsi kimi yüksək akademik göstəriciləri olan və Azərbaycan ilə diplomatik münasibətləri ölkənin beynəlxalq imici üçün önəm kəsb edən dövlətlərin tələbələrinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən xüsusi təqaüdlər verilir. Təqaüdlərin verilməsinin digər məqsədi isə Azərbaycanın və “ADA” Universitetinin beynəlxalq akademik nüfuzunun formalaşmasına töhfə, eyni zamanda, Azərbaycan mədəniyyətinin, tarixinin təbliğ edilməsinə dəstək verməkdir.
“ADA” Universitetində təhsil almaq istəyən beynəlxalq tələbələr “ADA”nın veb səhifəsi, yaxud Azərbaycanın öz ölkələrindəki səfirlikləri vasitəsilə sənədlərini təqdim edə bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

