/ / Moskva Dövlət Universitetinin Bakı filialında Azərbaycanda ilk dəfə Beynəlxalq Kimya Olimpiadası keçiriləcək
Moskva Dövlət Universitetinin Bakı filialında Azərbaycanda ilk dəfə Beynəlxalq Kimya Olimpiadası keçiriləcək
11.07.2015 [10:56]
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının təşkilatçılığı ilə Azərbaycanda 47-ci Beynəlxalq Kimya Olimpiadası keçiriləcək.
AZƏRTAC 47-ci Beynəlxalq Kimya Olimpiadasının Elmi Komitəsinin sədri, kimya elmləri doktoru, professor Fikrət Quliyevin bununla bağlı məqaləsini təqdim edir.
* * *
İyulun 20-29-da Moskva Dövlət Universitetinin Bakı filialında Azərbaycanda ilk dəfə sayca 47-ci olan Beynəlxalq Kimya Olimpiadası (BKO) (International Chemical Olympiad - IChO) keçiriləcək.
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Nərgiz Paşayeva 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidentidir.
47-ci Beynəlxalq Kimya Olimpiadasının Azərbaycanda, MDU-nun Bakı filialında keçirilməsi ilə bağlı qərar 2012-ci ildə Vaşinqtonda 44-cü BKO-nun Beynəlxalq Münsiflər Heyəti tərəfindən verilib. Olimpiadada 80 ölkədən 300 məktəbli, 250 rəhbər, elmi müşahidəçi və qonaq iştirak edəcək.
Beynəlxalq Kimya Olimpiadasının qaydalarına görə, hər ölkənin komandasına 2 müəllim və 4 iştirakçı daxildir. Azərbaycandan təmsilçilərin seçilməsi üçün Təşkilat Komitəsi Moskva Dövlət Universitetinin Bakı filialında böyük iş aparıb. İlk olaraq, Olimpiadada Azərbaycanı təmsil edəcək milli komandaya namizədlərin seçim qaydaları təsdiqlənib. Namizədlərin seçimi dörd mərhələdə aparılıb. Seçim turlarında Azərbaycan Respublikasının bütün regionlarından 1660 nəfər (X-XI sinif şagirdləri) iştirak edib. Təmsilçilərin müəyyənləşdirilməsi məqsədilə Moskva Dövlət Universitetinin, ölkəmizdəki ali məktəblərin və Azərbaycan Milli Elmlər Akademiyasının təcrübəli mütəxəssisləri dəvət olunublar.
Olimpiadada iştirak edəcək Azərbaycan komandasına “İstək” liseyini bu il bitirən Dilqəm Əhmədli, akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin, “İstək” liseyi və 160 saylı klassik gimnaziyanın 10-cu sinfini başa vuran Hüseyn Babayev və Ruslan Məmmədov daxildir. Komandanın rəhbəri isə Qafqaz Universitetində üzvi kimya laboratoriyasının elmi işçisi Mehman Bünyadovdur.
Beynəlxalq kimya olimpiadaları zəngin tarixə malikdir. İlk Olimpiada (IChO-1) 1968-ci il iyunun 18-21-də Çex Respublikasının (əvvəlki Çexoslovakiya) paytaxtı Praqada keçirilib. Elə həmin dövrdən etibarən bu Olimpiada hər il (1971-ci il istisna olmaqla) yeni bir ölkədə təşkil olunur. Müsabiqənin ilk illərində buraya əsasən Şərqi Avropanın sosialist ölkələrindən iştirakçılar qatılırdı. Ötən əsrin 80-ci illərindən başlayaraq Olimpiadaya maraq böyüdü və iştirakçıların sayı artmağa başladı. 1998-ci ildə baş tutan Olimpiadada artıq dünyanın bütün qitələrini əhatə edən 47 ölkə təmsilçiləri iştirak edirdilər.
Son illərdə kimya olimpiadaları müxtəlif ölkələrdə baş tutub: Vyetnam (2014), Rusiya (2013), ABŞ (2012), Türkiyə (2011), Yaponiya (2010) və İngiltərə (2009). Bu coğrafi ekskurs Beynəlxalq Kimya Olimpiadasının dünya miqyasında nüfuzunun sübutudur. Çin Xalq Respublikası, Koreya Respublikası, Rusiya və Tayvandan olan komandalar kimya olimpiadalarında daha güclü çıxışları ilə fərqlənirlər.
Bu böyük elmi müsabiqədə universitetlərdə təhsil almayan və yaşı 20-ni keçməyən gənclər biliklərini sınayırlar. Olimpiada iştirakçıları iki müsabiqədən - nəzəri və praktiki (laboratoriya) imtahandan keçirlər. Müxtəlif günlərdə baş tutan hər imtahana 5 saat vaxt ayrılır. Nəzəri imtahana 60 bal, laboratoriya işlərinə 40 bal verilir. Hər iştirakçı ölkənin iki nümayəndəsindən formalaşdırılmış Beynəlxalq Münsiflər Heyəti cavabları müzakirə edir və qiymətləndirir.
Bu mötəbər tədbirin Bakıda keçirilməsi ilə bağlı bəzi fikirlərimi bölüşmək istərdim.
İlk növbədə bu tədbir istedadlı Azərbaycan gənclərinin kimya elminə olan həvəsini artıracaq. Sirr deyil ki, son illər bütün dünyada gənclərin təbiət elmlərinə həvəsi azalıb. Gənclər humanitar elmlər, iqtisadiyyat, tibb və IT (informasiya texnologiyaları) sahələrinə daha çox maraq göstərirlər. Lakin Azərbaycan torpağının əsas sərvəti neft və qazdır. Yüz ildən çox tarixi olan Azərbaycan kimya elmi şərəfli yol keçib. Azərbaycan kimyaçıları dünya elminə böyük töhfələr veriblər. Bakı nefti və Azərbaycan sənayeçilərinin fədakarlığı II Dünya müharibəsinin müqəddəratında həlledici rol oynayıb.
Müharibədən sonrakı illərdə Azərbaycan kimyası və neft-kimya sənayesi gözəl nailiyyətlər əldə edib. Həmin dövrdə Bakı, Sumqayıt və digər şəhərlərdə onlarla zavod və qurğular tikilərək istismara verilmişdi. Nəticədə yüksək keyfiyyətli yanacaq, sürtgü yağları, rezin məmulatları, aşqarlar, gübrələr, səthi-aktiv maddələr istehsalına başlanılmışdı.
Lakin SSRİ dağılandan sonra bu müəssisələrin əksəriyyəti bağlanmalı oldu. Orada işləyən təcrübəli texniki və elmi-texniki kimyaçı kadrlar işlərini itirdilər.
Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri nəticəsində Azərbaycan kimya sənayesi yeni dirçəliş dövrünü yaşayır. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və s. şəhərlərdə yeni qurğu və zavodların tikintisi, xüsusilə Sumqayıtda Kimya Texnoparkının yaradılması Azərbaycan kimya sənayesinin dünya səviyyəsinə qaldırılması üçün atılan böyük addımlardandır.
Şübhəsiz ki, yüksək texnoloji kimya zavodlarını idarə etmək üçün qabaqcıl biliklərə malik müasir dünyagörüşlü kimyaçılar lazımdır. Qürur hissi ilə demək olar ki, Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsində məhz belə mütəxəssislər hazırlanır. Filialın ən müasir avadanlıqlarla təchiz olunması tələbələrə nəinki yüksək keyfiyyətli təhsil almağa, həmçinin kimyanın müxtəlif sahələri üzrə fundamental və tətbiqi araşdırmalar aparmağa imkan yaradır. Azərbaycanda ilk dəfə Moskva Dövlət Universitetinin Bakı filialında quraşdırılan termokameralı “İnstron-5960” universal parçalama aparatının bu avadanlıqlar arasında xüsusi yeri var. Aparat polimer və kompozisiyalı materialların mexaniki xassələrini öyrənmək üçün yüksək molekullu birləşmələr və kimya texnologiyası laboratoriyalarında istifadə olunur. Bu səbəbdən, Moskva Dövlət Universitetinin Bakı filialında tədrisin təşkili, müəllimlərin hazırlıq səviyyəsi dünyanın ən qabaqcıl ali məktəblərindən qətiyyən geri qalmır. Ən vacibi də odur ki, bu universitetin cəmiyyət, elmi ictimaiyyət arasında böyük nüfuzu və inkaredilməz hörməti var. Orada yaradılmış sağlam, proqressiv və ədalətli tədris mühiti, etik qaydalar kodeksi, pozulmaz ali prinsiplər, mənəvi çağırışlar heç kəsdə şübhə belə doğurmayan fərəhli həqiqətlərdir. Bütün bunlar universitet rəhbərliyi və kollektivinin böyük zəhmətinin və yanan ürəyinin nəticəsidir.
İnanıram ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası ölkə məktəblilərində Azərbaycan üçün önəmli olan kimya elminə marağın artmasına xidmət edəcək. Hazırda Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsi Azərbaycanda kimya sahəsi üzrə ən güclü tədris mərkəzlərindən biridir və fakültənin kimyanın müxtəlif sahələri üzrə elmi-tədqiqat strukturuna çevrilmək üçün böyük potensialı var.
Uğurlar olsun.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

