Beynəlxalq konfrans Xəzər dənizinin geoloji tarixinə həsr olunacaq
17.02.2016 [10:03]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisim deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov cari ilin oktyabrında keçiriləcək, Azərbaycan və Türkiyə dövlətlərinin cümhuriyyət günlərinə həsr olunan beynəlxalq konfransa hazırlıq işlərindən danışıb. Bildirilib ki, beynəlxalq tədbir Xəzər hövzəsinin tarixi, coğrafiyası, geologiyası, o cümlədən dünya tarixində yeri və rolunun qiymətləndirilməsi, yeni elmi problemlərin aşkarlanması baxımından böyük əhəmiyyət daşıyır. Konfransa dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər dəvət ediləcəklər.
Y.Mahmudov bu beynəlxalq tədbirin akademiyanın tarixində çox mühüm hadisələrdən olacağına əminliyini ifadə edib, konfransa bu günədək 20-dən çox ölkədən 250-dək məqalənin göndərildiyini bildirib.
Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Xəzər dənizinin geoloji tarixinə, sərvətlərinə görə dünya üzrə unikal hövzə olduğunu vurğulayıb. Xəzərlə yanaşı, qədim tarixə malik Meksika və Fars körfəzlərinin ətrafında yaşayan insanların da zəngin ənənələrə sahib olduqlarını söyləyib.
Xəzər dənizinin geoloji tarixinə yenidən nəzər salınmasının, coğrafi problemlərinin öyrənilməsinin vacibliyini vurğulayan akademik A.Əlizadə AMEA-da Xəzər Elmi Mərkəzinin yaradılmasının və fəaliyyətinin təşkilinin zəruriliyini qeyd edib.
Xəzər Strateji İnstitutunun baş katibi H.Yavaş görüşün əhəmiyyətini diqqətə çatdırıb, konfransın təşkilinə göstərdiyi dəstəyə görə AMEA-nın prezidentinə minnətdarlığını bildirib. Qonaq tədbirin proqramı, dəvət olunacaq alim və mütəxəssislər, elmi məruzələr və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56

