Uşaqlar üçün COVID-19 şəraitində davranışdan bəhs edən kitab: “Mənim qəhrəmanım sənsən”
03.06.2020 [08:37]
Əllidən çox beynəlxalq təşkilatın birgə layihəsi əsasında ərsəyə gələn kitab Azərbaycan dilinə də tərcümə edilib
COVID-19 pandemiyası ilə qlobal mübarizə çərçivəsində 50-dən çox beynəlxalq təşkilatın (Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası və s.) tərəfdaşlığı ilə həyata keçirilən layihənin nəticəsi olaraq uşaqların virus haqqında biliklərinin artırılması və onların psixoloji sağlamlıqlarının qorunması məqsədini daşıyan “Mənim qəhrəmanım sənsən” adlı hekayə kitabı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Cenevrədəki BMT bölməsi və digər təşkilatlar yanında Daimi Nümayəndəliyinin və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşəbbüsü ilə kitab ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən dilimizə tərcümə edilib.
Kitabın Azərbaycan dilinə tərcüməsi layihənin icraçısı olan Təşkilatlararası Daimi Komitənin (IASC) fövqəladə vəziyyətlərdə psixoloji sağlamlıq və psixoloji dəstək üzrə qrupunun elektron portalında yerləşdirilib.
Layihədə 104 ölkədən valideynlər, müəllimlər, tərbiyəçilər və uşaqlar iştirak ediblər. COVID-19 pandemiyası zamanı uşaqların psixoloji sağlamlığı və psixososial ehtiyaclarını öyrənmək məqsədilə ərəb, ingilis, italyan, fransız və ispan dillərində beynəlxalq sorğu keçirilib. Hekayədəki mövzular həmin sorğunun nəticələri əsasında müəyyənləşdirilib. Kitabın məzmunu COVID-19-un təsir etdiyi bir neçə ölkədəki uşaqlara nəql olunub. Daha sonra uşaqların, valideynlərin və müəllimlərin rəyləri əsasında hekayə nəzərdən keçirilib və yenilənib. Dünyanın hər tərəfindən 1700-dən çox uşaq, valideyn, tərbiyəçi və müəllim COVID-19 pandemiyası ilə necə mübarizə apardıqları barədə danışıblar. Bu hekayə dünyanın hər yerindən olan uşaqlar tərəfindən və onlar üçün yazılıb.
Sara, Ario, Salem, Saşa, Leyla, Kim və onun dostunun dilindən söylənilən bu hekayə uşaqlara çox sadə məntiqlə, anlaşıqlı və bədii dillə koronavirus pandemiyası şəraitində riayət edilməsi vacib olan qaydaları izah edir. “Dünyada insanları koronavirusdan qoruyan xeyirxah həkimlər və tibb bacıları kimi nə qədər qəhrəman var. Ancaq sən hər gün, hər birimizin qəhrəman ola biləcəyini mənə xatırlatdın və mənim ən böyük qəhrəmanım sənsən!” sonluğu ilə bitən hekayə uşaqların maarifləndirilməsi, onlara psixoloji dəstək, mövcud situasiyada özünəinam keyfiyyətini aşılamaq baxımından dəyərli nümunədir.
Ssenari müəllifi Helen Patuk olan hekayəni Azərbaycan dilinə Sevinc Abdullayeva və Fənarə Bünyadzadə tərcümə edib. Redaktor Fatma Hüseynovadır.
“Mənim qəhrəmanım sənsən” kitabının uşaqlara valideyn, tərbiyəçi və ya müəllim tərəfindən oxunması tövsiyə edilir.
Daha sonra nəşr olunacaq “Qəhrəmanların davranış qaydaları” adlı əlavə təlimatda COVID-19 pandemiyası ilə bağlı suallara aydınlıq gətiriləcək, uşaqların hiss və emosiyalarının necə idarə olunması, eləcə də bu kitab əsasında uşaqlar üçün əlavə məşğuliyyətlər təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

