Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın xarici işlər nazirini qəbul edib

12.06.2013 [00:50]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Malayziyanın xarici işlər naziri Anifah Amanı qəbul edib.
Dövlətimizin başçısı Malayziyanın xarici işlər naziri Anifah Amanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılıq edən Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Malayziyanın xarici işlər naziri Anifah Aman Baş nazir Dato Sri Mohd Najibin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, səfəri çərçivəsində paytaxtımızda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.
Dövlətimizin başçısı Malayziyanın Baş naziri Dato Sri Mohd Najibin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Malayziyanın Baş nazirinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1049 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31