/ / Bakıda “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” layihəsi çərçivəsində inşa edilən beş tunelin açılışı olub
Bakıda “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” layihəsi çərçivəsində inşa edilən beş tunelin açılışı olub
03.09.2013 [09:23]
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Sentyabrın 2-də Bakıda “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” layihəsi çərçivəsində inşa edilən beş tunelin açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Son illərdə paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara buraxılıb. Müasirlikdə bir-birini üstələyən bu cür qurğuların və yolların inşası indi də davam etdirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər uğurla icra olunur. Dövlətimizin başçısının Sərəncamına uyğun olaraq “Qələbə meydanı” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin edilməsini nəzərdə tutan layihə artıq yekunlaşıb. “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” adlanan layihə çərçivəsində inşa edilən 5 tunel artıq hazırdır. Bu layihəyə daxil olan 6 saylı tunel isə 2012-ci ilin dekabrında istifadəyə verilib. Layihənin podratçısı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dir. Sinqapurun “Surbana International Consultants” şirkətinin layihələndirdiyi qovşağın məsləhətçi-nəzarətçisi Türkiyənin “Pro Yapı Proje İnşaat” şirkətidir.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına layihə barədə məlumat verib. Bildirilib ki, Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı əlavə tədbirlərin icrası uğurla həyata keçirilir. Qələbə-Gənclik adlanan ərazidə yol qovşağı da tamamilə yenidən qurulub.
Prezident İlham Əliyev layihənin icrasını əks etdirən filmə baxıb.
Sonra dövlətimizin başçısı inşa edilən tunellərin istiqamətini bildirən maketə baxıb. Bildirilib ki, layihə üzrə ərazidə 16 giriş-çıxışlı, ümumi uzunluğu 2 min 512 metr, eni 8-15,5 metr, hündürlüyü 5,5 metr, hərəkət zolaqlarının sayı isə 5 olan 6 tunel tipli yol qovşağı inşa edilib.
Azərbaycan Prezidentinə layihənin texniki göstəriciləri barədə məlumat verilib. Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərini, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektini birləşdirir. Əlavə olaraq, Təbriz küçəsindən gələn avtomobillər Gənclik dairəsinə daxil olmadan birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcək. Həmçinin Fətəli xan Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək mümkün olacaq. Vaqif prospektindən gələn avtomobillər Fətəli xan Xoyski prospektinin altından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcəklər.
Prezident İlham Əliyev inşa edilən tunellərlə tanış olub. Layihə üzrə tikintisi nəzərdə tutulan yolların ümumi sahəsi 110 min kvadratmetrdir. “Qələbə meydanı” adlanan ərazidə hərəkət intensivliyi saatda 2 min 340 avtomobildən 11 min avtomobilədək artacaq. Vaqif prospektində inşa edilən yol qovşağı metronun “Gənclik” stansiyasının tuneli üzərindən keçir. Tunellər beynəlxalq standartlara uyğun layihələndirilib və 9 ballıq zəlzələyə davamlılığı nəzərdə tutulub. Tunelin daxili işıqlandırma sistemi dünyada keyfiyyət, səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləmiş və yarımkeçirici diodlar əsasında işləyən ən müasir işıqlandırma sistemidir. Tunellərin yan divarlarında və tavanda 9 min kompyuterlə idarə olunan LED işıqlar quraşdırılıb. Tavanda quraşdırılan 3 minə yaxın projektor gündüz, gecə və qəza rejimlərində işləyir. Hərəkət zolaqlarında 2400 istiqamətverici işıqlar quraşdırılıb. Burada, həmçinin səsin səviyyəsini aşağı salmaq üçün 20 minə qədər panel var. Atmışdan çox müşahidə kamerası təhlükəsizliyi təmin edir. Bundan başqa, istifadəyə verilən tunellərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə edilən elektron informasiya tablosunın köməyi ilə nəqliyyatın cari vəziyyəti haqqında məlumatlar təhlil edilərək sürücülərə çatdırılacaq. Layihəyə əsasən inşa ediləcək 10 piyada keçidindən ikisində də işlər tamamlanma mərhələsindədir. Hər piyada keçidində iki eskalator və əlillər üçün platforma quraşdırılacaq. Keçidlərinin içərisinin üzlənməsində milli ornamentlərdən istifadə edilib. Layihəyə əsasən metronun “Gənclik” stansiyasında əlavə iki yeni piyada çıxışının inşası da planlaşdırılıb. İlk olaraq metronun “Gənclik” stansiyasının Atatürk prospektinə çıxışının “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib. Piyada keçidləri də daxil olmaqla tikinti işləri tamamilə başa çatdıqdan sonra ərazidəki park yenidən qurulacaq və sakinlərin istifadəsinə veriləcək.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev deyib: “Üç il ərzində böyük iş görülübdür. Şəhər infrastrukturu yeniləşir, yollar, körpülər, tunellər. Son illərdə Bakıda onlarla, ölkə üzrə bəlkə də yüzlərlə körpü, keçid, tunel tikilmişdir. Hər şey insanların rahatlığı, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır.
Gələcəkdə hələ ki görüləsi işlər çoxdur. Bakının yol infrastrukturunun yeniləşməsi, qurulması istiqamətində hələ böyük işlər görüləcəkdir. Ancaq görülən işlər kifayət qədərdir. İnsanlar tez-tez bu yeniliklərə öyrəşirlər. İndi misal üçün 5, 7 il bundan əvvəlki vəziyyəti yada salanda görürük ki, yerlə göy qədər fərq vardır. Aeroport yolu, körpülər, qovşaqlar, tunellər tikilir, özü də hər yerdə. Təkcə şəhərin mərkəzində deyil, şəhərin bütün yerlərində böyük nəqliyyat infrastrukturu yaradılır. Hazırda Ziya Bünyadov istiqamətində də böyük qovşaq tikilir. Burada da - “Gənclik” metrosunun ətrafında əvvəllər də iki yol açılmışdır, iki istiqamətə aparan yollar. Bu yollar da elə bu qovşağın tərkib hissəsi olaraq indi fəaliyyət göstərir. Bütün binalar yenidən qurulub, abadlaşıb. Bu meydan doğrudan da yeni görkəm alıb. Futbol stadionu da əsaslı təmir edilibdir. Burada digər infrastruktur tikilir. Yəni, Bakının ən gözəl meydanlarından biri olacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

