Yekaterinburqda əməliyyat: Qəddarlığın yeni ünvanı
29.06.2025 [14:30]
Son illərdə Rusiya Federasiyasında miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı münasibət ciddi narahatlıq doğurur. Artıq bu ölkədə dövlət səviyyəsində yürüdülən irqçi və şovinist siyasətin sadəcə dərinləşdiyini deyil, bütün çılpaqlığı ilə özünü büruzə verdiyini açıq şəkildə görürük.
İyunun 27-də Yekaterinburqda Azərbaycan əsilli şəxslərə qarşı həyata keçirilmiş genişmiqyaslı polis əməliyyatı nəticəsində iki azərbaycanlının xüsusi qəddarlıqla öldürülməsi, dörd nəfərin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və onlarla şəxsin döyülməsi bu tendensiyanın bariz nümunəsidir. Evlərin dağıdılması, şəxsi əşyaların və qadın alt paltarlarının küçəyə atılması əməliyyatın təkcə hüquqi deyil, həm də mənəvi cəhətdən qəbuledilməz və təhqiramiz xarakter daşıdığını göstərir. Bu, etnik motivli hədəfləmənin və dövlət tərəfindən idarə olunan ayrıseçkiliyin açıq göstəricisidir.
Eyni şəhər, eyni metod: Qırğızlardan azərbaycanlılara...
Qeyd edək ki, bu cür zorakı “əməliyyatlar” Rusiyada yeni deyil. 2024-cü ilin 17 yanvarında yenə Yekaterinburqda qırğız miqrantlara qarşı da xüsusi reyd keçirilmişdi. Həmin reyd zamanı onlarla miqrant fiziki və mənəvi zorakılığa məruz qalmış, küçədə diz çökdürülərək alçaldıcı rəftara tab gətirməyə məcbur edilmişdi. Bu hadisələrlə azərbaycanlılara qarşı keçirilən son əməliyyat arasında ciddi paralellər var. Ssenari eynidir – hədəf dəyişir.
Dövlət dəstəyi ilə etnik təzyiqlər: Zaxarovanın mesajı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın insidentlə bağlı açıqlamaları Kremlin bu əməliyyatlardan xəbərdar olduğunu və onları dəstəklədiyini göstərir. Onun “cinayət işləri çərçivəsində saxlanılma” barədə bəyanatı, əslində, dövlətin bu qəddarlığa bəraət qazandırmaq cəhdidir. Lakin ictimaiyyətə təqdim olunan sübutlar – görüntülər, şahid ifadələri və işgəncə faktları – baş verənlərin sıradan hüquqi prosedur deyil, sistemli zorakılıq və etnik diskriminasiya olduğunu sübut edir.
Rusiya Dumasında Azərbaycanofobiya...
Məsələ yalnız hüquq-mühafizə orqanlarının davranışında deyil. Rusiya siyasi dairələrində də azərbaycanlılara qarşı qərəzli mövqe illərdir açıq şəkildə hiss olunur. Rusiya Dövlət Dumasının bir sıra deputatları – məsələn, Nikolay Valuyev, Konstantin Zatulin və Vitaliy Milonov – dəfələrlə Azərbaycana qarşı təhqiramiz və hədə dolu ifadələr işlədiblər. Bu cür ritorika yalnız ksenofobiyanı körükləmir, eyni zamanda konkret zorakılıq hallarına zəmin yaradır.
Azərbaycanlı miqrantlara qarşı olan təzyiqlər və zorakılıqlar, təəssüf ki, Rusiya dövlət aparatının – hüquq-mühafizə, siyasi və hərbi strukturlarının – sistemli şəkildə həyata keçirdiyi bir siyasətin tərkib hissəsinə çevrilib. Təkcə miqrasiya məsələsi deyil, ümumiyyətlə, Azərbaycan vətəndaşlarının kimliyi hədəf alınır.
Laqeydliyin arxasındakı niyyət...
Buna paralel olaraq, AZAL-a məxsus Bakı-Qroznı sərnişin təyyarəsinin Aktau yaxınlığında vurulması və bu hadisəyə görə Rusiya tərəfinin nə üzr istəməsi, nə də məsuliyyət daşımağa meyilli olmaması da vəziyyətin başqa bir dramatik tərəfidir. Təyyarədə mülki şəxslərin həyatına son qoyulması beynəlxalq hüququn kobud pozuntusudur. Lakin Kremlin susqunluğu və məsələni unutdurmaq cəhdi Rusiyanın məsuliyyətdən yayınmaq strategiyasını bir daha təsdiqləyir.
Bu, yalnız Azərbaycanın məsələsi deyil
Bütün bu faktlar göstərir ki, Rusiya regionda sabitlik və təhlükəsizlik deyil, qorxu, təzyiq və etnik ayrı-seçkilik yaymağa davam edir. Hüquq-mühafizə orqanlarının törətdiyi vəhşiliklər, azərbaycanlılara qarşı aparılan zorakı əməliyyatlar və onları müşayiət edən siyasi ritorika Rusiya daxilində çoxmillətli harmoniyanın süni və riyakar bir mif olduğunu sübut edir.
Əgər bu sistemli ayrı-seçkilik siyasətinə qarşı real və təsirli addımlar atılmazsa – həm Rusiya daxilində, həm də beynəlxalq platformalarda – oxşar ssenarilərin təkrarlanacağı qaçılmazdır. Azərbaycanlılara qarşı həyata keçirilən son vəhşilik bir xəbərdarlıqdır: bu yalnız bir icma üçün deyil, bütün qeyri-rus xalqları üçün təhlükəli və dərinləşən tendensiyadır.
Elşən YƏHYAYEV,
Yeniazerbaycan.com saytının redaktoru
Xəbər lenti
Hamısına baxAnalitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38

