/ / Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub
30.09.2025 [19:57]
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin təzahürüdür.
Biz Sizinlə tez-tez görüşürük Romada və eyni zamanda, bu, Sizin Azərbaycana ikinci rəsmi səfərinizdir. Keçən il Sizinlə görüş zamanı mən Sizi Azərbaycana dəvət etmişəm və təşəkkür edirəm ki, dəvətimi qəbul etmisiniz. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır. Biz artıq bir neçə vacib məsələni müzakirə etmişik. Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır və beş il bundan əvvəl imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə deyə bilərəm ki, tam icra edilir.
Bizim əlaqələrimiz, eyni zamanda, yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir, bizim Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir. İtaliya həmişə bizim Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasına öz dəstəyini vermişdir və biz buna görə Sizə minnətdarıq.
Təbii ki, energetika sahəsində bir çox əhəmiyyətli nəticələr var. Bu barədə biz artıq danışmışıq. İndi geniş tərkibdə bu müzakirəni davam etdirəcəyik. Nəticələrlə bağlı, əlbəttə ki, bir-birimizi haqlı olaraq təbrik edə bilərik. Amma bizim planlarımız daha genişdir. Həm İtaliya ilə ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsi məsələləri çox vacibdir və biz bu məsələlər üzərində uğurla çalışırıq.
Sabah da çox gözəl tədbir olacaq – biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib. Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər.
Bir daha Sizi salamlayıram və bir daha “Xoş gəlmisiniz!” deyirəm.
X X X
İtaliya Prezidenti Sercio Mattarella çıxış edərək dedi:
-Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə olduqca minnətdaram. Elə indicə, əvvəlki görüşümüzdə dedim ki, Bakıda yenidən olmağımdan çox məmnunam. Siz də qeyd etdiyiniz kimi, 7 il öncə etdiyim səfəri xatırlayıram. Həmin səfər çərçivəsində TAP-a böyük dəstək verməyə müvəffəq olduq. Buna görə də Sizə minnətdaram.
Eyni zamanda, Romaya etdiyiniz çox mühüm səfərləri mən xatırlayıram. Sizinlə apardığımız söhbətlər hər zaman dostluq və əməkdaşlığın rəmzi olub. Öz növbəmdə bildirdim ki, ölkələrimiz arasında strateji əməkdaşlığa tam dəstək veririk. Əməkdaşlığımız yüksələn xətlə artır, genişlənir və müxtəlif sahələri əhatə edir. Sabahkı tədbirə gəldikdə, Sizinlə birgə İtaliya-Azərbaycan Universitetinin tələbə şəhərciyinin açılış mərasimində iştirak etmək üçün dəvətinizə görə təşəkkür edirəm.
Tərəfdaşlığımız iqtisadi sahələrlə, çох vacib enerji və sənaye sektorları ilə məhdudlaşmır. O, həmçinin mədəniyyət, gənclərimiz üçün təhsil sahələrini əhatə edir. Bu məqam işbirliyimizin böyüklüyünü, onun möhkəmliyini göstərir.
Dəvətə görə təşəkkürümü bildirirəm və düşünürəm ki, bununla əməkdaşlığımız genişlənəcək, eyni zamanda, Sizin Avropa İttifaqı ilə münasibətlərinizə töhfə olacaq.
X X X
İtaliya Prezidenti Sercio Mattarella COP29-un ölkəmizdə yüksək səviyyədə keçirildiyini vurğulayaraq, həmin tədbirdə qəbul edilmiş qərarların əhəmiyyətinə toxundu. Qonaq, eyni zamanda, Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.
Xəbər lenti
Hamısına baxElm
24 İyun 12:27
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14

