Beynəlxalq hüquq və siyasi qətiyyətin qarşısında...
08.05.2026 [11:19]
Jan Noel Baronun yalanları ifşa olundu
Azərbaycanın qətiyyəti ilə Cənubi Qafqazda sülh və sabitliyin yaranması bəzi destruktiv qüvvələri, erməni lobbisini narahat etdiyi kimi, Fransanın da “yuxusunu ərşə çəkib”. Paris artıq 6 ildir ki, ədalətsiz və qərəzli formada Azərbaycana “təzyiq” göstərmək üçün bütün rıçaqlarını işə salıb - təbii ki, heç bir işə yaramayan bu addımlar nəticədə Fransanın özünün imicinə zərbə vurur. 2020-ci il Vətən müharibəsindən sonra addımbaşı Azərbaycana qarşı qarayaxma kampaniyası təşkil etmək, “beynəlxalq təzyiq” formalaşdırmaq, hətta ölkəmizə qarşı bəzi “sanksiyalar” yönəltmək kimi “arzular”a düşən Makron hakimiyyəti Milli Assambleyanın və Senatın əli ilə qərəzli “qətnamələr” belə qəbul etdirməyə çalışıblar - hətta Fransanın ölkəmizə qarşı apardığı əsassız düşmənçilik xəstə psixoloji durumu xatırladır. Ötən dövrdə bu ölkənin rəsmi şəxslərinin verdiyi açıqlamlar, qanunverici orqanlarının qəbul etdiyi qərarlar bunu deməyə əsas verir. Ucuz fəndlərə əl atan Fransa bu prosesdə Bakıya açıq əşkildə uduzduğunu həzm edə bilmir - bunun nəticəsidir ki, hələ də separatizm “arzuları” ilə yaşayır, qeyri-professional diplomatik “jarqon”a müraciət edir, Azərbaycanın suverenliyinə dil uzatmağa çalışır.
Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur...
Vurğulandığı kimi, Fransa erməniləri “dəstəkləmək” xatirinə hətta beynəlxalq hüququ belə ayaqlar altına alır - bu ölkənin ən səlaihiyyətli diplomatı belə bağışlanılmaz siyasi səhvlər “buraxır”. Qeyd edək ki, mayın 6-da Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddialarla öz ölkəsinin qeyri-demokratik, separatist, korporativ maraqların xidsətçisi olduğunu bir daha təsdiqləyib. Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu iddiaların qətiyyətlə rədd edildiyini diqqətə çatdırıb. A.Hacızadə Jan Noel Baro tərəfindən Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddialara dair şərhində bildirib ki, fransalı nazir tərəfindən Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsi ilə bağlı “Dağlıq Qarabağ” kimi ifadələrin istifadəsi qəbuledilməzdir: “Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dönəmdə Fransa tərəfinin Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, mədəni və dini irsin qorunmasını şübhə altına alan bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik”.
2023-cü ilin sentyabrında baş verən arntiterror əməliyyatı Azərbaycanın suverenliyinin təmini ilə yanaşı, həm də mühüm bir tarixi ədaləti bərpa etdi. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağdakı separatizm başa çatdı. 2021-ci il iyulun 7-də isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalamaqla tarixi həqiqəti bərpa etdi - sənəddə respublikamızın iqtisadi rayonlarının sırasına Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının adları da daxil edildi. Beləliklə, tarixi ədalətsizlik tamamilə aradan qaldırıldı. “Dağlıq” sözünün çıxarılması, bölgüdə “Qarabağ iqtisadi rayonu” ifadəsinin yer alması ilə süni bölgünün üzərindən birdəfəlik xətt çəkildi və Azərbaycanın suverenliyi təsbit edildi. Fransanın xarici işlər nazirinin bu faktı bilməməsi mümkün deyil - sadəcə olaraq, onların niyyəti bölgədə yeni qarışıqlıqlar salmaq, bu kimi təxribatiçı ifadələrlə sülh prosesinə zərbə vurmaqdır.
Erməni vandalizmi rəqəmlərdə...
A.Hacızadə açıqlamasında Jan Noel Baronun digər yalanlarına da aydınlıq gətirib - o bildirib ki, Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində yüzlərlə məscid və digər mədəni irs nümunələrinin dağıdılması faktını görməməzliyə vuran Fransa nazirinin işğal dönəmindən qalan bəzi tikililərin sökülməsi məsələsinə dair şərh verməsi, bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsində gedən prosesə yersiz istinadı ikili yanaşmanın bariz nümunəsidir. Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur.
Görəsən, fransalı nazir ötən erməni işğalının davam etdiyi 30 il ərzində Azərbaycanın dağıdılmış, məhv edilmiş tarixi - dini abidələri haqda informasiyaya malikdirmi? Ermənistan 30 illik işğalı dövründə Azərbaycanın Qarabağ və ətraf rayonlarında yüzlərlə tarixi, dini və mədəni abidəni sistemli şəkildə dağıdıb, mənimsəməyə çalışıb. İşğal altındakı ərazilərdə 400-dən çox dağıdılmış, vandalizmə məruz qalmış tarixi-dini abidə təsbit edilib - onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə pirlər və ziyarətgahlardır. Əsassız iddialarla çıxış edən Jan Noel Baro bu erməni vandalizmi haqda niyə danışmır?
UNESCO niyə gəlmədi?
Fransanın UNESCO tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının reallaşması məsələsinə dair çağırışları həqiqətlərin açıq-aşkar təhrif edilməsidir. A.Hacızadə bildirib ki, məhz Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılmasına çağırışlar etsə də, təəssüf ki, bu məhz Ermənistan və Fransa kimi ölkələrin məlum əngəlləri nəticəsində mümkün olmayıb. UNESCO-nun özü 2005-ci il hesabatında bu faktı təsdiqləyib.
Bəli, 2020-ci ildən etibarən Azərbaycan bütün dünyaya ermənilərin işğal etdikləri torpaqlarımızda törətdikləri vandalizmi nümayiş etdirir - hətta dağıdılmış Ağdam “Qafqazın Xirosiması” adını almışdı. Bu şəhərə səfər edən xarici ölkə nümayəndələri, səfirlər və diplomatlar törədilən cinayətlərin izlərini öz gözləri ilə gördülər. Amma UNESCO dəvət edilsə də, Ağdama gəlməkdən imtina etdi - çünki Ağdama gələcəyi təqdirdə dağıdılan abidələri, talan edilən qəbirstanlıqları, təhqir edilmiş məscidləri, minalanmış əraziləri görmüş olacaqdı. Bu faktları artıq məcburi şəkildə qeydə alacaq və Azərbaycan onlardan qeydə aldıqları faktlarla bağlı münasibət sərgiləməyi istəyəcəkdi - bu isə UNESCO-nun və Fransaya sərf etmirdi.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14

