Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Vətən müharibəsinə 4 gün qalırdı...

Vətən müharibəsinə 4 gün qalırdı...

23.09.2026 [08:14]

Tarixin bu günü - 23 sentyabr 2020-ci il. Vətən müharibəsinin başlamasına cəmi 4 gün qalırdı. Sentyabrın 27-də Ermənistan hərbi birləşmələri keçmiş təmas xətti boyunca növbəti təxribatlara əl atdı. Düşmən cəzalandırılmalı idi və  Ordumuz da bunu etdi. 4 gün sonra Silahlı Qüvvələrimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişləri əsasında sübh tezdən təxribatların qarşısını almaq məqsədilə genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Bu, Azərbaycan tərəfindən ədalətli müharibə idi. Yüksək döyüş hazırlıqlarına malik olan Silahlı Qüvvələrimiz cəmi 44 gün ərzində işğalçı Ermənistanı kapitulyasiyaya məruz qoydu.

Atəşkəs rejimi bir gündə 49 dəfə pozulmuşdu

Müharibə sanki addım-addım, saatbasaat yaxınlaşırdı. Dağların, meşələrin, çöllərin sükutu tez-tez atəş səsləri ilə pozulurdu. Bu baxımdan sentyabrın 23-ü də istisna olmadı. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin  həmin gün yaydığı məlumatda bildirlir ki, 23 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.

O cümlədən Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Ağdam, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Bir gündə atəşkəs rejiminin 49 dəfə pozulması düşmənin xəbis niyyətindən xəbər verirdi. Ərazilərimizin 20 faizini otuz il ərzində işğal altında saxlayan  Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən hər hansı bir sanksiya tətbiq olunmurdu. Özünün cəzasızlıq mühitində hiss edən işğalçı dövlət isə yenii ərazilər zəbt etmək xülyasına düşmüşdü.

Azərbaycan Ordusu işğal faktına son qoymağa tam hazır idi

İşğalçı Ermənistanın hərbi birləşmələrinin keçmiş təmas xətti boyunca ətraf yaşayış məntəqələrini atəşə tutmaqla, əraziləri minalamaqla  dəhşətli müharibə cinayətləri törətmələrinə rəğmən, Azərbaycan Ordusu özünün yeganə missiyasını ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etməkdə görürdü. Bunun üçün də Silahlı Qüvvələrimizin döyüş hazırlığının artırılması diqqət mərkəzində saxlanılırdı. 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sentyabrın 23-də yaydığı məlumatda bildirilir ki, müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.

Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri təlimin ssenarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə etdikdən sonra döyüş atışlarını yerinə yetirərək şərti düşmən hədəflərini məhv edib. Təlimlərin yüksək səviyyədə keçməsi ondan xəbər verirdi ki, ordumuz həmin ərəfədə ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etməyə tam hazır idi.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30