Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bolqarıstan jurnalında Nizami Gəncəvi haqqında geniş məqalə dərc olunub

Bolqarıstan jurnalında Nizami Gəncəvi haqqında geniş məqalə dərc olunub

23.09.2026 [10:56]

Bolqarıstanda nəşr edilən “Akord” jurnalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş “Dünya vətəndaşı Nizami Gəncəvi” adlı məqaləsi dərc edilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Məqalədə Nizami Gəncəvinin dünya ədəbiyyatındakı mövqeyindən, onu bəşəriyyətin böyük şairinə çevirən yaradıcılıq irsindən bəhs olunur. Müəllif şairin əsərlərinin mahiyyətini təşkil edən ümumbəşəri ideyaları, humanizmi və yüksək mənəvi dəyərləri ətraflı təhlil edir.

Nəşrdə, eyni zamanda, dahi şairin xalqına sarsılmaz bağlılığı və doğma Gəncə şəhərinə bəslədiyi dərin sevgi xüsusi vurğulanır. Qeyd olunur ki, Nizami ömrü boyu Gəncədən ayrılmasa da, ideya və fikirləri ilə sərhədləri aşaraq dünya mədəniyyətinə misilsiz töhfələr verib.

Bu məqalə bolqar oxucularına Azərbaycanın dahi şairinin həyatı, zəngin yaradıcılığı və bəşəri idealları haqqında dolğun məlumat almaq imkanı yaradır.

Paylaş:
Baxılıb: 47 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30