Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

23.09.2026 [11:39]

Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin illik ixrac potensialının 2025-ci ilin orta dünya qiymətləri əsasında təqribən 2 milyard dollara çatdırılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Dövlət Proqramına əsasən, 2030-cu ilədək müvafiq sahədə yeni istehsal güclərinin yaradılması, o cümlədən emal və metallurgiya müəssisələrinin istismara verilməsi (Daşkəsən dəmir filizi layihəsi üzrə Zənginləşdirmə zavodu, Pellet istehsalı zavodu, İBD istehsalı zavodu, “Baku Steel Company” Qapalı Səhmdar Cəmiyyətinin yeni yayma zavodu, “Azəralüminium” MMC-nin Gəncə şəhərində elektroliz zavodu, TİƏ əsasında Kalsinasiya və anodbişirmə zavodu, Söyüdlü (Zod) yatağı üzrə flotasiya zavodu) hədəflənib.

Həmçinin müvafiq sahəyə xarici investisiyaların cəlb edilməsi, yaradılması nəzərdə tutulan istehsal gücləri nəzərə alınmaqla müvafiq sahədə yaradılan əlavə dəyərin 2 dəfədən çox artırılması nəzərdə tutulur.

Eyni zamanda, istehsal tullantılarının azaldılması, təkrar emal imkanlarının artırılması və istehsal proseslərinin ətraf mühitə təsirinin minimuma endirilməsi hədəflənib. Müvafiq sahənin tələbatına uyğun peşəkar mütəxəssislər hazırlanacaq və kadr potensialı gücləndiriləcək. Bundan başqa, ali təhsil müəssisələri və sənaye subyektləri arasında birgə elmi tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi və onların nəticələrinin istehsalata tətbiqinin genişləndirilməsi, hasilat və emal proseslərində müasir, rəqəmsal və ekoloji baxımdan təhlükəsiz texnologiyaların tətbiqinin genişləndirilməsi hədəflənib.

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30