Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına işgüzar səfər edib
21.05.2014 [09:25]
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb.
Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Çin Xalq Respublikasının sədri Si Cinpin görüşdə çıxış edərək deyib: “Cənab Prezident Əliyev,
Sizi Çində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında səmimi salamlayıram. Yadımdadır, Sizinlə axırıncı dəfə Soçi Olimpiadasının açılış mərasimində görüşmüşdük. Mən, ilk növbədə, Sizi Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə bir daha təbrik etmək istəyirəm. Çin tərəfi Azərbaycanın yaxşı dostu və etibarlı tərəfdaşı kimi son illərdə iqtisadiyyatın və cəmiyyətin inkişafında qazanılmış uğurlara ürəkdən sevinir. Əminəm ki, Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi ilə böyük milli dirçəliş və tərəqqi işində daim yeni uğurlar qazanacaqdır.
Çin və Azərbaycan xalqlarını hələ iki min il bundan əvvəl Böyük İpək Yolu birləşdirirdi. Bizim ənənəvi dostluğumuzun çox uzun tarixi vardır. Azərbaycanlılar həmişə deyirlər ki, bərabərlik olmayan yerdə dostluq da yoxdur. Ölkələrimiz 22 il ərzində bərabərlik, qarşılıqlı fayda və hörmət ruhunda dostluğu və əməkdaşlığı daim inkişaf etdirir. Hazırda bizdə siyasi münasibətlərin çox möhkəm təməli, qarşılıqlı etimadın yüksək səviyyəsi formalaşmışdır, praktiki əməkdaşlığın böyük nəticələri göz qabağındadır. Sizin atanızı ayrıca xatırlamaq istəyirəm. Çin xalqı Ona dərin hörmət bəsləyir. Hörmətli Prezident Heydər Əliyev haqqında kitab, habelə “Çin azərbaycanlıların gözü ilə” məcmuəsi artıq hər iki ölkədə çapdan çıxmış və geniş müsbət ictimai rəy doğurmuşdur. Çin Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Sintszyan və Tibet kimi mühüm məsələlər barədə Sizin qətiyyətli dəstəyinizi təqdir edir və buna görə Sizə təşəkkür edirik. Biz bundan sonra da Azərbaycan xalqının milli xüsusiyyətlərinə müvafiq inkişaf yolunda seçimini dəstəkləyəcəyik. Biz Sizin suverenliyin, müstəqilliyin qorunmasına və iqtisadi inkişafa yönəlmiş səylərinizi dəstəkləyirik. Biz, əvvəllər olduğu kimi yenə azərbaycanlı tərəfdaşlarımızla birlikdə Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın davamlı inkişafını stimullaşdırmağa hazırıq”.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib: “Hörmətli cənab Sədr.
Bizim ölkəmiz haqqında səmimi sözlərinizə, xalqlarımız, dövlətlərimiz arasında münasibətlərə verdiyiniz qiymətə görə sağ olun. Mənə və bizim nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Sizin gözəl ölkənizə yenidən səfər etməyimə və Çin Xalq Respublikasının quruculuq və tərəqqi yolu ilə sürətli inkişafının bir daha şahidi olduğuma görə çox şadam.
Mən 9 il bundan əvvəl Şanxayda olmaq imkanı qazandım. Bu şəhər o vaxt da çox güclü təsir bağışlamışdı. Bu gün isə Şanxay buraya gələn hər bir insanı özünün inkişafı, Çin xalqının son illərdə nail olduğu dəyişikliyin möhtəşəmliyi və miqyası ilə valeh edir. Mənim atam, Azərbaycanın böyük oğlu, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev haqqında səmimi sözlərinizə görə də çox təşəkkür edirəm. Onun həyat və fəaliyyəti haqqında kitabın Çin dilində nəşr edilməsi böyük ehtiram əlamətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk və buna görə Sizə çox təşəkkür edirik.
Biz Çin Xalq Respublikası ilə bütün istiqamətlər üzrə əməkdaşlıq siyasətinə sadiqik. Biz bu əməkdaşlığı inkişaf etdirmək, dərinləşdirmək istəyirik və bu istiqamətdə konkret addımlar atmağa hazırıq. Siz beynəlxalq qurumlarda bizim bir-birimizi qarşılıqlı dəstəkləməyimizi qeyd etdiniz. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Sizin ölkənizi Birləşmiş Millətlər Təşkilatında həmişə dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcəkdir”.
* * *
Görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Söhbət zamanı beynəlxalq, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Şanxaya gələn dövlət və hökumət başçılarının şərəfinə mayın 20-də axşam ziyafət verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.
Çin Xalq Respublikasının sədri Si Cinpin və xanımı Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22

