Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb
13.06.2015 [10:39]
İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Hörmətli Aleksandr Qriqoryeviç. Sizi yenidən görməyimə, bizim yeni görüşümüzə çox şadam. Biz çox tez-tez görüşürük - Bakıda da, Minskdə də, başqa yerlərdə də. Hər dəfə də ünsiyyətdə olmağa, fikir mübadiləsi aparmağa vaxt tapırıq. Bu görüşlər bizim münasibətlərimizə dinamizm əlavə edir. Belarus bizə dost, qardaş dövlətdir. Biz bu münasibətləri çox yüksək qiymətləndirir, qarşılıqlı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq məsələlərində nisbətən qısa müddətdə qazandığımız uğurlara görə fəxr edirik. Biz bütün istiqamətlərdə yalnız müsbət dinamika görürük.
Bizim münasibətlərimiz səmimi, etibarlı olması ilə fərqlənir. Bu münasibətlər bizim qarşıya qoyduğumuz vəzifələri müvəffəqiyyətlə gerçəkləşdirməyə yönəlib və tabeliyimizdə olanlar bu vəzifələrin öhdəsindən uğurla gəlirlər. Şadam ki, Siz birinci Avropa Oyunlarının açılış mərasiminə gəlməyə vaxt tapmısınız. Bu, həm Azərbaycan, həm də Avropa üçün əlamətdar hadisədir. Bilirəm ki, Belarus Oyunlarda güclü heyətlə təmsil olunub. Sizin komandanıza uğurlar və medallar arzulayıram. Azərbaycan və Belarus komandalarına birlikdə azarkeşlik edəcəyik.
Bir daha xoş gəlmisiniz”.
* * *
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko deyib: “Sağ olun, İlham Heydər oğlu.
- Əvvələn, mən buraya gəlməyə bilməzdim. Çünki vaxtilə, hələ bu tədbirin keçiriləcəyi barədə düşünmədən ilk dəfə mən arzumu bildirmişdim ki, biz bu cür oyunlar keçirək. Axı Siz və mən həm də Olimpiya komitələrinin rəhbərləriyik. Asiyada, Afrikada, Latın Amerikasında bu cür idman tədbirləri keçirilir, Avropada isə bunu başa düşən yox idi. Ona görə, səmimi sözümdür, Sizi təbrik edirəm və Sizə qibtə edirəm. Əvvələn, ona görə ki, birinci Avropa Oyunları məhz Bakıda keçirilir. İkincisi, Sizi təbrik edirəm ki, Siz bu Oyunlara ən qısa müddətdə - cəmi iki il ərzində hazırlaşa bildiniz. Səmimi deyirəm, əgər Siz bundan əvvəl heç nə etməsəydiniz, bu, mümkün olmazdı. Lakin bu Avropa Oyunları Sizin bütün tədbirləri başa çatdırmağınıza təkan verdi. Bu sözlər Dənizkənarı bulvardan başlayaraq idman obyektlərinə qədər bütün işlərə aiddir. Ümumiyyətlə, çox böyük iş görülüb. Afərin! Biz bu işin görüləcəyinə şübhə etmirdik. Lakin hər şeyin bu qədər gözəl olması bizi, sadəcə olaraq, heyrətləndirdi. Mən bunu Sizə dünən də demişdim. Afərin! Bakı çox gözəl şəhərdir. Ən başlıcası, biz çoxlu obyektlərin tikildiyi çox şəhərlər tanıyırıq, lakin Sizin tikdiyiniz binaların bu dərəcədə düşünülmüş, şəraitə uyğunlaşdırılmış olması hörmətə layiqdir.
Buna görə Avropa Oyunlarına qədər gördüyünüz işlər münasibətilə Sizi bir daha təbrik etmək istəyirəm. Əminəm ki, Sizin idmançılar buna yüksək uğurlarla cavab verəcəklər. İnanın ki, hətta bizim qələbəyə ümid bəslədiyimiz bəzi idman növlərində bizə qalib gəlsəniz, buna görə qanımız qaralmayacaq. Çünki biz həqiqətən bir-birimizə yaxınıq və bizim münasibətlərin yaxşı təməli var.
Dəvət üçün bir daha sağ olun”.
Xəbər lenti
Hamısına baxİdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55

