Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri çox möhkəm və proqnozlaşdırıla biləndir
22.05.2009 [10:03]
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan dövlətinin başçısını və nümayəndə heyətini salamlayaraq söyləyib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlərin tarixi çox qədimdir: “Xalqlarımız həmişə yanaşı, qonşuluqda, sülh və mehribanlıq şəraitində yaşamış, həmişə bir-birinə kömək etmişlər. Bu gün iki müstəqil dövlətin inkişafına, əməkdaşlığa və həm təhlükəsizliyimizi, həm də iqtisadi firavanlığımızı təmin edən, qlobal dünya prosesləri üçün böyük əhəmiyyətə malik olan layihələrdə iştirakına kömək edən münasibətlərin möhkəm təməli budur”.
Dövlət başçısı İlham Əliyev diqqətə çatıdırıb ki, Azərbaycan-Gürcüstanın ikitərəfli münasibətləri çox möhkəm və proqnozlaşdırıla biləndir: “ölkələrimizin fəal iştirakı ilə regionda çox iri infrastruktur layihələri həyata keçirilmişdir, indi onlar artıq qlobal miqyaslı gələcək layihələr üçün bazadır. Bu, ilk növbədə, energetikaya aiddir. Bu gün biz həmin sahədə əməkdaşlığın miqyasını daha da genişləndirmək üçün əlavə konkret addımları müzakirə etdik. Neft və qaz sahəsi ilə yanaşı, elektroenergetika sahəsində əməkdaşlıq da böyük maraq doğurur. Burada çox böyük potensial mövcuddur və bizim imkanlarımız bir-birini tamamlayır. Biz elektrik enerji dəhlizinin mövcud neft-qaz dəhlizlərini tamamlaması üçün ciddi səy göstərəcəyik. Biz ölkələrimizin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi prosesində fəal iştirak edirik. Gürcüstan və Azərbaycan Qərb ilə Şərq arasında nəqliyyat kommunikasiyalarının mühüm hissəsidir. Bu, təkcə coğrafiya deyil, həm də infrastruktur sahəsində qazanılmış nailiyyətlərdir. Başqa sözlə, biz iqtisadi sahədə nəzərdə tutduqlarımızın hamısını yerinə yetiririk”.
“Gürcüstan dinamik inkişaf edən, həm siyasi, həm də iqtisadi islahatların fəal həyata keçirildiyi islahatçı ölkə kimi investorlar üçün çox böyük maraq doğurur” - deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan şirkətləri, ilk növbədə, ARDNŞ Gürcüstanın çox mühüm investorlarından biridir: “ARDNŞ-in sərmayələri artıq bu gün yüz milyonlarla ölçülür, gələcəkdə isə yəqin ki, milyardlarla ölçüləcəkdir. Bunlar həm yanacaqdoldurma stansiyaları şəbəkəsi, həm neft məhsulları satışı, həm Gürcüstanın qazlaşdırılması, həm də təbii qazla təmin edilməsidir. Biz Gürcüstanın enerji təhlükəsizliyini tam təmin etmək və qış dövründə qaz ehtiyatlarından daha səmərəli istifadə etmək üçün gələcəkdə qaz anbarları tikilməsi məsələlərini müzakirə etdik. Bununla da, gələcək layihələr üçün artıq bu gün baza olan tamamilə yeni regional şərait yaranır”.
Prezident İlham Əliyev söyləyib ki, Gürcüstan və Azərbaycan hərəsi öz yolu ilə - inkişaf, tərəqqi yolu ilə gedən iki qonşu, qardaş və müstəqil ölkələrdir: “Bizim nəzərdə tutduqlarımızı tam həcmdə təmin etmək üçün, əlbəttə, regionda sülh olmalıdır. Fikrimcə, bu, belə də olacaqdır. Biz buna çalışırıq və fikrimcə, buna nail olacağıq”.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan dövlətinin başçısına müraciətlə deyib: “Əgər Azərbaycan bizim arxamızda dayanmasaydı, bilmirəm biz indi harada olardıq və ümumiyyətlə mövcud olardıqmı?”.
Gürcüstan Prezidenti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinin və Prezident İlham Əliyevin cəsarətli addımlarının həlledici rolundan danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin təkcə region üçün deyil, bütövlükdə dünya üçün, Avropa üçün çox böyük siyasi xadim olduğunu vurğulayıb. M.Saakaşvili qeyd edib ki, qonşu dövlət kimi Azərbaycan cətin anlarda Gürcüstana işıq və qaz verib. Gürcü xalqı bunu heç zaman unutmayacaq. Gürcüstanın dövlət başçısı deyib ki, bizi bağlayan tellər təkcə neft kəməri, elektrik xətləri deyil, insanlar arasındakı əlaqələrdir. Nitqinin sonunda Mixeil Saakaşvili Azərbaycan xalqına və Azərbaycanın dövlət başçısına ən xoş arzularını çatdırıb.
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

