/ / Prezident İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
06.10.2016 [10:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Cavad Cahangirzadə fəxri qarovul dəstəsinin qarşısından keçib.
Cavad Cahangirzadə etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan ilə İran arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlətimizin başçısı əlaqələrimizin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib. Bunun da öz növbəsində hər iki dövlət başçısının niyyətinin göstəricisi olduğunu vurğulayan Prezident İlham Əliyev İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı əldə olunan razılaşmaların önəmini qeyd edib, ölkəmizin İranla dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində maraqlı olduğunu deyib. Cavad Cahangirzadəyə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı səfirin Azərbaycan-İran ikitərəfli əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
Səfir Cavad Cahangirzadə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirib ki, Prezident Həsən Ruhani onun ən yaxın dostlarından və qardaşlarından birinin Prezident İlham Əliyev olduğunu deyib. Azərbaycan ilə İran arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində hər iki ölkənin prezidentinin siyasi iradəsini əsas götürəcəyini deyən Cavad Cahangirzadə bunun üçün ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səylərini əsirgəməyəcəyini və bu baxımdan Prezident İlham Əliyevin hərtərəfli dəstəyinə ümidvar olduğunu bildirib.
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusən təhlükəsizlik, nəqliyyat, infrastruktur layihələri, kənd təsərrüfatı, turizm kimi sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İran İslam Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

