Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

10.10.2016 [10:03]

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün oktyabrın 9-da Türkiyə Respublikasına işgüzar səfərə gəlib.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.
Azərbaycan Prezidentini Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Paylaş:
Baxılıb: 924 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31