/ / Azərbaycan Prezidenti İlham Əliyev italiyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev italiyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
08.11.2016 [09:49]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə yaxşı əlaqələrin mövcudluğunu qeyd edib. İtaliyaya son səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin çox mühüm əhəmiyyət daşıdığını vurğulayıb, sənədin iki ölkə arasında əməkdaşlıq, həmçinin qarşıya qoyulan məqsədlər baxımından önəmli olduğunu deyib. İqtisadi sahədə əlaqələrin də uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı italiyalı iş adamlarının ölkəmizdə biznes fəaliyyətinə maraq göstərdiyini məmnunluqla qeyd edərək təşkil olunan biznes forumların iş adamları arasında təmasların artırılması baxımından əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirib.
Nazir Paolo Centiloni İtaliya Respublikasının Baş naziri Matteo Renzinin salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycan ilə İtaliya arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayan Paolo Centiloni ölkəmizə italiyalı iş adamlarından ibarət nümayəndə heyəti ilə səfər etdiyini deyib. Azərbaycanın qeyri-neft sektoru ilə bağlı götürdüyü öhdəliklərə sadiqliyini yüksək dəyərləndirdiklərini bildirən Paolo Centiloni iqtisadiyyatın şaxələndirilməsinin önəmini vurğulayıb. İtaliyanın ölkəmizin iştirakı ilə həyata keçirilən enerji layihələrində fəal iştirak etdiyini məmnunluqla qeyd edən Paolo Centiloni TANAP və TAP layihələrinin icrasına başlanmasının əlaqələrimizin inkişafı istiqamətində mühüm mərhələ olacağına əminliyini bildirib.
TANAP və TAP layihələrinin enerji təhlükəsizliyi və şaxələndirmə baxımından əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bu layihəyə artıq 7 ölkənin cəlb olunduğunu deyib, gələcəkdə isə daha iki ölkənin qoşulmasının önəmini vurğulayıb. “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının gündəlikdə duran məsələ olduğunu qeyd edən dövlətimizin başçısı “Şahdəniz-2” layihəsi ilə bağlı işlərin 80 faizinin, TAP layihəsi üzrə işlərin isə təqribən 30 faizinin artıq icra olunduğunu qeyd edərək bu istiqamətdə bütün işlərin vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Baş nazir Matteo Renzinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İtaliya Respublikasının Baş nazirinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

