Prezident İlham Əliyev: Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir
14.03.2017 [09:24]
Azərbaycan dövlətinin başçısı bu fikri Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşdə söyləyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransa Şirkətlər Hərəkatının vitse-prezidenti xanım Mari-Anj Debon belə tədbirlərin Azərbaycan ilə Fransa şirkətləri arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. O, bu görüşdə onlarla şirkətin nümayəndələrinin təmsil olunduğunu vurğulayıb, tədbirin səmərəli keçəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev yenidən MEDEF-də olmaqdan məmnunluğunu ifadə edib, bunun iqtisadi əlaqələrimizə töhfə verdiyini bildirib. İndiyədək bir çox layihələrin uğurla həyata keçirildiyini deyən dövlətimizin başçısı bu əməkdaşlıq çərçivəsində Azərbaycan iqtisadiyyatına xeyli investisiyaların yatırıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev vurğulayıb ki, fransız şirkətləri Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Bu, ondan irəli gəlir ki, Azərbaycanda sərmayə yatırmaq üçün əlverişli biznes mühiti var. Fransız şirkətlərinin Azərbaycan ilə əlaqələrinin coğrafiyasının geniş olduğunu deyən dövlətimizin başçısı bir neçə il əvvəl kosmik ailənin üzvü olan ölkəmizin bu nailiyyətinin Fransa şirkətləri ilə əməkdaşlıq sayəsində mümkün olduğunu bildirib. Kənd təsərrüfatı sahəsində də fransız şirkətləri ilə yaxşı əməkdaşlığın olduğunu deyən Prezident İlham Əliyev Bakıda Fransız Liseyinin və universitetinin fəaliyyət göstərdiyini, ölkələrimiz arasında təhsil sahəsində də əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Son illərdə ölkəmizdə dərin uğurlu iqtisadi islahatların aparıldığını bildirən dövlətimizin başçısı neftdən asılılığın azaldılması, iqtisadiyyatın digər sektorlarının inkişafı ilə bağlı tədbirlərin görüldüyünü qeyd edib. Azərbaycanın inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etdiyini, iqtisadiyyatın bütün sahələrində bu strategiyanın tətbiq olunduğunu deyən Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkəmizdə irimiqyaslı layihələrin icra edildiyini deyən dövlətimizin başçısı münaqişə nəticəsində Dağlıq Qarabağdan başqa ətraf 7 rayonun da işğal olunduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bütün bunlara baxmayaraq, ölkəmizin inkişaf etdiyini, Davos Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını bildirib. Hazırda iqtisadiyyatımıza investisiya axınının davam etdiyini deyən Prezident İlham Əliyev fransız şirkətlərini ölkəmizlə əməkdaşlığa dəvət edib və bunun üçün bir çox sahələrin olduğunu diqqətə çatdırıb.
“Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən də danışan dövlətimizin başçısı Avropada həyata keçirilən bu ən böyük investisiya layihəsinin reallaşmasında Azərbaycanın lider rola malik olduğunu bildirib. Azərbaycan Prezidenti bu layihənin istehlakçılar üçün yeni qaz mənbəyi olduğunu vurğulayıb. Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın yüklərin daşınmasında da mühüm mövqelərə malik olduğunu deyib, bu məsələdə Azərbaycan-İran-Rusiya üçtərəfli formatının əhəmiyyətindən danışıb, Bakıda dəniz limanının tikildiyini bildirib. “Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir”, - deyən Prezident İlham Əliyev Fransa prezidentləri Nikola Sarkozinin və Fransua Ollandın Bakıda səfərdə olduqlarını, biznes əlaqələrinin ikitərəfli münasibətlərimizdə mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə dəmir yolu, qlobal nəqliyyat layihələri, metro tikintisi, rabitə texnologiyaları, kosmik sənaye, hava nəqliyyatı, energetika, neft-qaz sənayesi, maliyyə-bank sistemi, şəhər infrastrukturu layihələri, kənd təsərrüfatı, irriqasiya sistemi, turizm, mehmanxana sənayesi, bərpaolunan enerji və digər sahələrdə Azərbaycan ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu sahələrdə əlaqələrin inkişafına dair interaktiv fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev bu sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı suallara ətraflı cavab verib.
Sonda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Thales Air Systems SA” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51

