Avropaya inteqrasiya məsələsi ölkəmizin strateji məqsədlərindən biridir
21.07.2009 [10:17]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İsveç Krallığının xarici işlər naziri Karl Bildti qəbul edib.
Görüşdə iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub, siyasi dialoqun genişləndirilməsinin zəruriliyi, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb. Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin Avropa İttifaqı əməkdaşlığı çərçivəsində genişləndirilməsi baxımından vacibliyi bildirilib. İsveç Krallığının xarici işlər nazirinin Azərbaycana bu səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Sonra isə Prezident İlham Əliyev İsveç Krallığının xarici işlər naziri Karl Bildtin başçılıq etdiyi Avropa İttifaqı “üçlüyü”nün (Troyka) nümayəndə heyətini qəbul edib.
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnun olduğunu deyən Prezident İlham Əliyev Şərq tərəfdaşlığı proqramının bu əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb və eyni zamanda, Proqramın Azərbaycanın Avropaya daha sıx inteqrasiyası üçün geniş imkanlar yaratdığını bildirib. Avropaya inteqrasiya məsələsinin ölkəmizin strateji məqsədlərindən biri olduğunu deyərək, bu siyasətin 15 ildir uğurla davam etdirildiyini vurğulayıb. Dövlətimizin başçısı Avropa İttifaqı “üçlüyü”nün nümayəndə heyətinin ölkəmizə bu səfərinin əməkdaşlığa dair bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılması baxımından əhəmiyyətli olduğunu söyləyib.
Nümayəndə heyətinin rəhbəri, İsveç Krallığının xarici işlər naziri Karl Bildt Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa maraqlı olduğunu bildirib. Qonaq təmsil etdiyi təşkilatla ölkəmiz arasında enerji, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Karl Bildt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair aparılan danışıqlar prosesinin Avropa İttifaqı tərəfindən yaxından izləndiyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57

