/ / Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16.09.2017 [10:43]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də ölkəmizdə rəsmi səfərdə olan Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və bir çox sahələri əhatə etdiyini vurğulayaraq, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı geniş müzakirələrin aparılması baxımından önəmini qeyd edib. Özünün bu il Fransaya rəsmi səfərini, Fransa prezidentlərinin əvvəlki dövrlərdə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı bildirib ki, ölkələrimiz arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. İqtisadi əməkdaşlığa gəldikdə bir çox Fransa şirkətləri uzun illərdir ki, Azərbaycanda uğurlu fəaliyyət göstərir və onlar həm investor kimi, həm də podradçı qismində bu gün çox önəmli layihələrdə iştirak edirlər. Eyni zamanda, Prezident İlham Əliyev Fransanın iş adamları və onların təşkilatları ilə dəfələrlə keçirdiyi görüşlərin iqtisadi əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verdiyini deyib.
Təhsil sahəsində də çox önəmli addımlar atıldığını deyən dövlətimizin başçısı qeyd edib ki, əgər ilkin olaraq Azərbaycanda fransız liseyi açılmışdırsa, indi isə artıq universitet də fəaliyyət göstərir. Bütün bunlar Fransa-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının təzahürüdür. Prezident İlham Əliyev əminliyini ifadə edib ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində vasitəçi kimi öz fəal işini bundan sonra da davam etdirəcək. Dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, Jan-Batist Lömuanın ölkəmizə səfəri onun Azərbaycanla daha yaxından tanış olması üçün yaxşı imkan yaradacaq.
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan deyib: “Mən ölkənizə səfər edən yeni formalaşmış və Prezident Emmanuel Makron tərəfindən təyin olunmuş ilk hökumət üzvüyəm. Bu, mənim üçün böyük şərəfdir. Mən keçmişdə senator vəzifəsində çalışmışam və bu vəzifəmdə çalışarkən Azərbaycanın ayrı-ayrı regionları ilə əməkdaşlıq və sərmayə qoyuluşu sahəsində xüsusi səylər göstərmişəm”.
Jan-Batist Lömuan ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunmasını mühüm hadisə kimi dəyərləndirərək əminliklə bildirib ki, ötən dövr ərzində bu əlaqələr yüksək səviyyədə olub və növbəti 25 il ərzində də yüksələn xətlə daha da inkişaf edəcək. O bildirib ki, Fransa Azərbaycanın çox uğurlu və çoxvektorlu siyasət həyata keçirdiyini, qonşularla əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirdiyini önəmli sayır. Bu isə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir, bölgədə və beynəlxalq aləmdə barışdırıcı və vasitəçi rolunu daha da artırır. Qonaq bu istiqamətdə təhsilin əhəmiyyətini xüsusilə vurğulayıb.
Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, metro, kosmik, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, ölkələrimizin ayrı-ayrı regionları arasında əlaqələrin əhəmiyyətindən danışılıb, beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizədə və təhlükəsizlik sahəsində birgə əməkdaşlığın önəmi vurğulanıb və Azərbaycanın bu sahədə ciddi addımlar atdığı bildirilib.
Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlığa toxunularaq, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin əvvəlində Avropa İttifaqına uğurlu səfərindən sonra ölkəmizlə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sənədi üzərində işlərin aparıldığı və bu ilin sonuna qədər yekunlaşacağı ümidvarlıqla qeyd olunub.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24

