Prezident İlham Əliyev məşhur rus müğənnisi Alla Puqaçovanın konsertində olub
05.09.2009 [14:59]
Dünən Heydər Əliyev Sarayında Rusiya estradasının ulduzu, SSRİ-nin və Rusiya Federasiyasının xalq artisti Alla Puqaçovanın konserti olub.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva konsertdə olublar.
Saraya toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.
Müğənni dəfələrlə uğurla çıxış etdiyi ölkəmizin möhtəşəm sarayında “Apreldən-aprelə” dünya turnesi çərçivəsində “Məhəbbət haqqında röyalar” adlı konsertində repertuarındakı həm retro, həm də yeni mahnıları ifa edib.
Bakıya növbəti səfərinə görə hədsiz xoşbəxt olduğunu deyən müğənni paytaxtımızda gəzintiyə çıxdığını, şəhərimizin daha da gözəlləşdiyini söyləyib. “Siz xoşbəxtsiniz ki, Bakınız belə inkişaf edir, gözəlləşir. Bakıda müsbət mənada baş verən dəyişikliklər məni ürəkdən sevindirir. Vurğunu olduğum Bakının inkişafına görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”, - deyən müğənni bu konsertin onun Bakıda pərəstişkarları ilə sonuncu görüşü olduğunu bir daha bəyan edib. Deyib ki, gələcəkdə fəaliyyətini kino, teatr və radioda davam etdirəcək.
Bənzərsiz ifası, səmimi ünsiyyəti ilə tamaşaçıları həmişə məftun edən Alla Puqaçovanın budəfəki çıxışı da konsert boyu dəfələrlə alqışlarla qarşılanıb.
Konsertdən sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Alla Puqaçova ilə görüşüb.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Alla Puqaçovaya respublikamızın ali mükafatını - “Dostluq” ordenini təqdim edib.
Konsertin maraqlı keçdiyini qeyd edən dövlətimizin başçısı Alla Puqaçovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar və can sağlığı arzulayıb.
Məşhur müğənni ordenə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Alla Puqaçova yenidən Azərbaycanda, Bakı şəhərində olmağından böyük məmnunluq hissi keçirdiyini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59

