Azərbaycan ərzaq təhlükəsizliyinin təmin olunması üçün dərin təməllər yaradıb
24.10.2009 [10:47]
Azərbaycan hökuməti əhalini keyfiyyətli və ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə təmin etmək, istehsal potensialının artırılması üçün yerli sahibkarlara dövlət dəstəyini artırmaq və eyni zamanda, ölkədə ixrac qabiliyyətinə malik məhsulların hazırlanmasını stimullaşdırmaq məqsədilə davamlı islahatlar həyata keçirməkdədir. Son illərdə bu istiqamətdə görülən kompleks işlərin miqyası daha da artırılıb. ölkəmizin ərzaq təhlükəsizliyi ilə əlaqədar mühüm layihələr həyata keçirilir və bu tədbirlər öz bəhrəsini verməkdədir.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının qəbul olunmasından cəmi 1 il ötməsinə baxmayaraq bu konsepsiyanın həyata keçirilməsi nəticəsində həmin sahədə əhəmiyyətli dərəcədə mühüm nailiyyətlər əldə olunub. Xatırladaq ki, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı Dövlət Proqramının başlıca hədəfləri əhalinin ərzaqla təminatının və həyat səviyyəsinin yaxşılaşdırılmasından, daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılmasından, ümumilikdə, ölkənin ərzaq ehtiyatlarının yaradılmasından ibarətdir. Yəni sənəd, ümumilikdə respublikamızın bütün növ ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin edilməsini nəzərdə tutur. ötən müddətdə sənəddə əsas prioritetlərdən biri kimi qeyd olunan Taxıl Fondunun yaradılması və fəaliyyətə başlaması taxıl istehsalının stimullaşdırılmasında mühüm rol oynayıb. Son bir ildə respublikamızda taxıl əkini sahələri 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara çatdırılıb. Buğda əkini sahəsi isə 206 min 700 hektar artırılaraq 810 min 700 hektar təşkil edib. Bu isə təbii ki, taxıl istehsalının rekord həcmə çatmasına imkan verib və bu il ərzaq təhlükəsizliyinin təminatında başlıca rol oynayan strateji məhsulun- taxılın istehsalının rekord səviyyəyə yüksəlməsinə səbəb olub. ölkəmizdə bu il 3 milyon ton taxıl istehsal olunub ki, bu da qeyd olunan proqramda nəzərdə tutulmuş tədbirlərin uğurlu icrasını şərtləndirmiş olur. Azərbaycan artıq yerli istehsal hesabına əhalinin un məhsuluna olan ehtiyacını tamamilə ödəyə bilir.
Bu gün dünya dövlətlərini düşündürən əsas məsələlərdən biri də, ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Bu istiqamətdə ən başlıca amillərdən biri isə taxıl təminatının həll edilməsidir. Dünya maliyyə böhranı maraqlı bir məqamı ortaya çıxardı - hansısa ölkənin zəruri qida resursları ilə təminatda problemlərlə üzləşməsi onun iqtisadi tənəzzülünə səbəb olacaq. Ərzaq məhsulları, xüsusilə də taxıl ilə özünü etibarlı şəkildə təmin edən ölkələr isə davamlı inkişaf yolu ilə irəliləyəcək. Məlum olduğu kimi, Azərbaycan böhran şəraitində kənd təsərrüfatını sabit və dayanıqlı şəkildə qoruyub saxlaya bilməklə yanaşı, bu sahəni inkişaf etdirərək ən yüksək həcmdə istehsal göstəriciləri əldə edib.
Aqrar sektorda aparılan davamlı islaha
tlar mülkiyyətçilərin əkinə marağını gücləndirib və bu, özünü bütün növ bitkilərin əkinində göstərməkdədir. Son 5 ildə bütün növ kənd təsərrüfatı məhsullarının istehsalında artım baş verib. Dənli bitkilərin əkin sahələrinin ümumi həcmi son illərdə iki dəfəyə yaxın artıb və hazırda 84 faizə çatmaqdadır. Bu il 66 min 200 hektar sahədə kartof, 79 min 900 hektar sahədə tərəvəz, 31 min 100 hektar sahədə bostan bitkiləri, 1200 hektar sahədə tütün əkilib. Bu isə həmin məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Hökumət əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası ilə yanaşı, 2007-2015-ci illəri əhatə edən Kənd Təsərrüfatının İnkişafına dair Dövlət Proqramının da həyata keçirilməsini başlıca vəzifələrdən biri hesab edir. Hər iki sənədin icrası isə respublikamızda aqrar sahənin inkişafı üçün geniş imkanların yaradılmasına səbəb olmaqdadır. Bu strateji inkişaf konsepsiyalarında fermerlərə subsidiyaların verilməsi, onlara hər cür güzəştlərin tətbiq olunması, eləcə də, taxıl toxumunun verilməsində hökumətin bir sıra güzəştləri öz üzərinə götürməsi, taxıl istehsalçılarının əlavə dəyər vergisindən azad olunması və digər tədbirlərin həyata keçirilməsi əsas məqsədlərdən hesab olunur.
Hökumət bu proqramı gerçəkləşdirməklə aqrar sahəni iqtisadiyyatın, xüsusilə də, qeyri-neft sektorunun əsas sahəsinə çevirmək niyyətindədir. Bu gün iqtisadiyyatın digər sahələrində artım 8-10, hətta bəzi bölmələrdə 15 faiz təşkil etsə də, kənd təsərrüfatında bu temp 4-5 faizə bərabərdir. Buna görə də, hökumət qarşıdakı 5 il ərzində kənd təsərrüfatını qeyri-neft sektorunun başlıca bölməsi kimi inkişaf etdirərək, istehsal tempini 10 faizə çatdırmaq niyyətindədir. Bu isə respublikamızın ərzaq təhlükəsizliyinin möhkəmlənməsi üçün dərin təməllər yaratmış olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

