Prezident İlham Əliyev Mərakeşin inzibati islahatlar və dövlət qulluğu nazirini qəbul edib
31.10.2018 [08:22]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderi qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında münasibətlərin yaxşı inkişaf etdiyini bildirərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birini dəstəklədiyini vurğulayıb. İqtisadi, regional inkişaf sahələrində də yaxşı nəticələrin olmasının zəruriliyini qeyd edən Prezident İlham Əliyev Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəcəyinə və ölkəmiz haqqında daha ətraflı məlumat alması işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader qeyd edib ki, Azərbaycan Prezidenti ilə görüşü ölkələrimiz arasında mövcud olan gözəl münasibətlərin daha da inkişaf etdirilməsinin yaxşı bir nümunəsidir və siyasi iradənin təzahürüdür. Ölkəsinin də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən Məhəmməd bin Abdelkader bildirib ki, Azərbaycan Prezidentinin səyləri və rəhbərliyi sayəsində ölkəmiz davamlı inkişafa nail olub və Azərbaycanın əldə etdiyi nailiyyətlər Mərakeş Kralı Əlahəzrət VI Məhəmməd və Mərakeş xalqı tərəfindən böyük iftixarla qəbul olunur. Qonaq, eyni zamanda, dünya əhəmiyyətli mühüm tədbirlərin, o cümlədən Bakı Humanitar Forumu, Avropa Oyunları, Avroviziya mahnı müsabiqəsi, İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Mərakeş Krallığı arasında imzalanmış Memorandumun əhəmiyyətindən danışılıb, Azərbaycanın bu sahədə təcrübəsinin Mərakeşdə tətbiq olunmasının önəmi qeyd olunub. Söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı tarixə malik olduğu vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.
Məhəmməd bin Abdelkader bildirib ki, Azərbaycan Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyi kimi, öz növbəsində, Mərakeş də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Xəbər lenti
Hamısına baxSosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30

