/ / Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
28.11.2018 [09:45]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli Ramzan Əhmədoviç.
Sizi Azərbaycanda görməyə çox şadam. Xoş gəlmisiniz. Sizin səfəriniz xalqlarımız arasında ənənəvi qardaşlıq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək. Çeçen və Azərbaycan xalqları əsrlər boyu dostluq edirlər, bir-birini dəstəkləyirlər və bu gün bizim münasibətlərimiz yeni səviyyəyə çıxır. Buna görə mən Sizi bizim əziz qonağımız kimi ölkəmizdə salamlamağa çox şadam. Fürsətdən istifadə edərək, Sizi və bütün qardaş çeçen xalqını sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə görə təbrik etmək istərdim. Mən bilirəm və Sizin respublikanıza səfər edənlər mənə danışırlar, televizorda da görürəm ki, şəhərlər necə dəyişir, respublika çiçəklənir və bir çox sosial, infrastruktur məsələləri həll olunur. Bilirəm ki, bütün bunlar Sizin şəxsi nəzarətiniz və rəhbərliyiniz altında baş verir. Bizi o da çox sevindirir ki, Çeçenistan Respublikasında sabitlik bərqərar olub, insanlar təhlükəsizlik şəraitində, sakit yaşayırlar, öz doğma torpaqlarında qurub-yaradırlar.
Bildiyiniz kimi, Azərbaycanı Şimali Qafqaz respublikaları ilə uzun tarix, yaxın münasibətlər, mənəvi, mədəni, doğma əlaqələr bağlayır. Biz hesab edirik ki, Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür. Əlbəttə ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir. Siz bilirsiniz ki, bu münasibətlər uğurla inkişaf edir. Biz strateji tərəfdaşlarıq. Dövlət başçılarının çoxlu səfərləri olub. Son beş ildə Rusiya Prezidenti Azərbaycana dörd dəfə səfər edib və bu ilin sentyabrında mən də Rusiyaya səfər etdim, o da Azərbaycana gəldi. Biz çox fəal qarşılıqlı fəaliyyət göstəririk və çox yüksək etimad səviyyəsi mövcuddur. Yəqin bilirsiniz ki, Vladimir Putinin səfəri zamanı sizin də nümayəndələrinizin olduğu Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Buna görə də bir daha demək istəyirəm ki, münasibətlərimiz tarixə, qardaşlığa əsaslanır. Əminəm ki, Sizin səfəriniz əlaqələrimizin möhkəmlənməsinə xidmət edəcək. Bir daha xoş gəlmisiniz”.
* * *
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov deyib: “Möhtərəm İlham Heydər oğlu, dəvətə və bizə vaxt ayırdığınıza görə sağ olun. Fürsətdən istifadə edərək, Sizi yenidən xalqın etimadı ilə Prezident seçilməyiniz münasibətilə bir daha təbrik etmək istərdik. Siz təkcə Azərbaycanda deyil, bütövlükdə müsəlmanlar üçün xeyirxah işlər görürsünüz. Biz Sizin qardaşlıq münasibətləri qurduğunuzu, konfranslar keçirdiyinizi, təkcə dini liderləri deyil, bizim regionların rəhbərliyini də qəbul etdiyinizi və yalnız müsəlmanları deyil, bütün konfessiyaları birləşdirdiyinizi görürük. Bu, çox qiymətlidir. Buna görə də bunu həm Azərbaycan xalqı, həm də bütün Qafqaz xalqları görür. Bizimlə görüşə vaxt ayırdığınız üçün çox şadam. Şadam ki, bizim qardaşlıq və dostluq münasibətlərimiz var. İndi mədəni, idman və digər sahələrdə münasibətləri inkişaf etdiririk. Ən əsası isə qardaşlıq münasibətləridir. Çünki xatırlamaya bilmərəm, ən çətin illərdə Prezident Heydər Əliyev bizim xalqa kömək etdi, kömək əlini uzatdı və sonadək kömək etdi, bizi dəstəklədi. Biz bunu heç vaxt unutmayacağıq. Buna görə, biz hörmətli Heydər Əliyevin xatirəsinə bağ salmışıq. Onun açılışında əziz, böyük qardaşımızın iştirakını gözləyirik. Əgər Siz imkan tapıb Çeçenistan Respublikasına gələ bilsəniz bu, bizim üçün həm siyasi, həm qardaşlıq, həm də insani cəhətdən çox mühüm olacaq. Bizi dəvət etdiyinizə, bizə vaxt ayırdığınıza, bütün müsəlmanlar və Qafqaz, xüsusən bizim region üçün hər şey etdiyinizə görə bir daha “Çox sağ olun” demək istəyirəm”.
* * *
Prezident İlham Əliyev deyib: “Çox sağ olun. Mən atam Heydər Əliyevin xatirəsinə olan belə hörmətə və belə gözəl bağın yaradılmasına görə təşəkkürümü bildirmək istərdim. Bu, bizim hamımız üçün çox vacibdir. Çox minnətdaram və Öz tərəfimdən demək istərdim ki, Azərbaycanda da, həmçinin xalqınız üçün ən çətin illərdə xalqı tərəqqi yolu ilə aparan və öz dini, öz xalqı və gələcək naminə şəhid kimi özünü qurban verən Çeçenistan Respublikasının rəhbəri Hacı Əhməd Kadırovun xatirəsinə böyük hörmətlə yanaşırlar. Siz bilirsiniz ki, valideynlərimizi də yaxın münasibətlər bağlayıb. Biz bu ənənəni davam etdiririk. Belə də olmalıdır. Əminəm ki, irəliyə doğru gedəcəyik və əlbəttə, böyük məmnuniyyətlə Sizin dəvətinizi qəbul edirəm, səfər edəcəyəm”.
* * *
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şərəfinə nahar verilib.
Daha sonra xatirə şəkilləri çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54

