/ / Prezident İlham Əliyev Rusiyanın sənaye və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın sənaye və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
05.04.2019 [09:48]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin səviyyəsinin ildən-ilə yüksəldiyini və bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirib. Dövlətimizin başçısı müxtəlif istiqamətlərdə, o cümlədən sənaye sahəsində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev son illər ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasının önəmini vurğulayıb və bu sahədə artıq yaxşı nəticələrin əldə olunduğunu deyib. Dövlətimizin başçısı Rusiya şirkətlərinin Azərbaycanda fəal işlədiklərini və bu şirkətlərin həm investor, həm də podratçı qismində müxtəlif layihələri icra etdiklərini qeyd edib. Prezident İlham Əliyev maşınqayırma sahəsində də birgə layihələrin olmasından məmnunluğunu ifadə edib, Rusiya banklarının Azərbaycanda iri sənaye müəssisələrini maliyyələşdirməsinin əhəmiyyətini vurğulayıb.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən nazir Denis Manturov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
O, Azərbaycanda Rusiya ilə birgə şirkətlərin fəaliyyət göstərməsinin və ümumi layihələrin həyata keçirilməsinin iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm əsas yaratdığını vurğulayıb. Denis Manturov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin ötən ilin sentyabrında Rusiya Federasiyasına səfəri zamanı dövlət başçılarının müəyyənləşdirdiyi kimi iqtisadi əməkdaşlığın konkret sahələrinin inkişafı ilə bağlı fəal iş həyata keçirilir və yeni sahələr, o cümlədən rəqəmsallaşdırma üzrə perspektivlər müzakirə edilir. Denis Manturov iqtisadi əməkdaşlığın inkişafında kibertəhlükəsizliyin önəmini xüsusilə vurğulayıb. Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun əhəmiyyətinə toxunan rusiyalı nazir Forumda 60-dan artıq Rusiya şirkətinin iştirak etdiyini vurğulayaraq tədbirdə Azərbaycan şirkətləri ilə işgüzar müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
Görüşdə neft maşınqayırması, kənd təsərrüfatı texnikasının və yük vaqonlarının birgə istehsalı, helikopterlərin servis mərkəzinin yaradılması, dərman istehsalı və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35

