2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşıb
27.01.2010 [09:35]
Əvvəlki dövrlərdə olduğu kimi, 2009-cu ildə də Azərbaycanda sosial siyasət uğurla həyata keçirilib. Sosial-iqtisadi proqramların bütün regionlarda yüksək səviyyədə reallaşması, sosial infrastrukturun müasir tələblərə uyğun şəkildə yenidən qurulması, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar və bu sahədə görülən digər tədbirlər belə deməyə əsas verir. Ən vacibi odur ki, ötən ilin bütün çətinliklərinə və dünyanı bürüyən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan bu sınaqdan uğurla çıxa bildi. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da bildirdiyi kimi, dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik: “Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi”.
ötən il işsizliklə mübarizə dövlətin diqqət yetirdiyi əsas məsələlərdən biri olub. Belə ki, hər il on minlərlə yeni iş yerlərinin yaradılması prosesi ötən ildə də davam etdirilib. Təkcə 2009-cu ildə yaradılan yeni iş yerlərinin sayı 74 mindir. ümumilikdə isə, son 6 il ərzində 840 min iş yeri yaradılıb. Göründüyü kimi, bunlar kifayət qədər yüksək göstəricilərdir və iş yerlərinin çoxunun daimi olduğunu da nəzərə alsaq, yaxın gələcəkdə ölkəmizdə işsizlik probleminin birdəfəlik öz həllini tapacağını söyləmək olar. Qeyd etmək lazımdır ki, respublikamızda yoxsulluğun aradan qaldırılması istiqamətində görülən tədbirlər yalnız işsizliklə mübarizə ilə məhdudlaşmır. Belə ki, aztəminatlı ailələrə ünvanlı sosial yardım proqramları çərçivəsində dövlət qayğısı göstərilir. Xatırladaq ki, ünvanlı sosial yardımların verilməsinə bir neçə il öncə, daha dəqiq desək, 2006-cı ilin yanvar ayından başlanılıb. Keçən il bu layihənin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən 180 milyon manat vəsait ayrılıb. Hazırda təqribən 150 min ailə, başqa sözlə, 700 min insan bu layihədən yararlanır.
Eyni zamanda, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə maaşların və təqaüdlərin həcmi də artırılır. Bunlarla yanaşı, keçən il əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi davam etdirilib. Görülən işlərin nəticəsi olaraq Azərbaycanda yoxsulluq kəskin şəkildə azalıb, əhalinin rifah halı yüksəlib. Dövlət başçısının Nazirlər Kabinetinin iclasında çıxışı zamanı qeyd etdiyi göstəricilər də sosial siyasət sahəsində qazanılmış nailiyyətləri aydın şəkildə ortaya qoyur: “Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu gün bu göstərici 11 faizdir. Əgər 2008-ci ilin yekunları ilə müqayisə etsək, görərik ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə düşmüşdür. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, hətta böhranlı ildə Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb. Bu mübarizənin praktik nəticələri vardır və Azərbaycan vətəndaşları gündən-günə daha da yaxşı yaşamağa başlayırlar”.
Eyni zamanda, vətəndaşların keyfiyyətli təhsil və tibbi xidmətlə təmin olunması məsələsi də hər zaman diqqət mərkəzindədir. Belə ki, keçən il 64 məktəb binası, 59 səhiyyə müəssisəsi tikilib və təmir olunub. Eləcə də, idman komplekslərinin, mədəniyyət ocaqlarının tikintisi də davam etdirilib.
ötən ildə respublikamızda həyata keçirilən sosial infrastruktur layihələri əhalinin sosial-məişət xidmətlər ilə təminatını xeyli yaxşılaşdırıb. Belə ki, əhalinin elektrik enerjisi ilə təminatı tam ödənilib. Eyni ilə, qazpaylayıcı şəbəkələrin genişləndirilməsi bütün regionların, hətta ən ucqar kəndlərin sakinlərinin belə təbii qazdan istifadəsini mümkün edib. Bildiyimiz kimi, bu yaxınlarda dövlət başçısının Sərəncamı ilə əhalinin qazdan istifadəyə görə yaranan 327 milyon manat məbləğində borcları silindi. Bununla, bir çox insanların üzərindən sanki ağır yük götürüldü.
Sözsüz ki, görülən işlər bundan sonra da davam etdiriləcək. Belə ki, 2010-cu ilin büdcə layihəsində sosialyönümlü xərclərin həcmi 34,4 faiz nəzərdə tutulub. Bu isə ötən ilin göstəricisindən 1,8 faiz çoxdur. Bununla bərabər, regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramı da çox vacib sənəddir. Belə ki, sənəddə şəhid ailələrinin, veteranların, əlillərin, ana və uşaqların, gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi, müavinətlərin artırılması, yoxsulluğun azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi öz əksini tapıb. üstəlik, yeni təhsil və səhiyyə ocaqlarının tikintisi, əhalinin reproduktiv sağlamlığının gücləndirilməsi, bölgələrdə yeni idman-olimpiya komplekslərinin inşa olunması da qarşıdakı illərdə dövlətin sosial sahədə həyata keçirəcəyi işlər sırasında olacaq.
Prezident İlham Əliyevin də söylədiyi kimi, 2009-cu ildə qarşıya qoyulan bütün məqsədlərə nail olunub və 2010-cu ildə də bu uğurlar davamlı olacaq: “Bu il də çox önəmli il olacaqdır. Bütün proqramlar, layihələr, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır və əminəm ki, tapacaqdır. Beləliklə, ölkəmiz bundan sonra da uğurla inkişaf etməyə davam edəcəkdir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

