Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

11.02.2010 [02:56]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brahima Kulibalinin  etimadnaməsini  qəbul edib.
Brahima Kulibali fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf edəcəyinə əminliyini bildirib və diplomata ölkəmizdəki səfirlik fəaliyyətində uğurlar arzulayıb.
Səfir  Brahima Kulibali qeyd edib ki,  onun ölkəmizdəki diplomatik fəaliyyətinin əsas məramı  iki ölkə arasında mövcud münasibətlərin inkişaf  etdirilməsindən ibarət olacaq. Səfir bu istiqamətdə bütün səylərini əsirgəməyəcəyini deyib.

Paylaş:
Baxılıb: 1178 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31