/ / Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Hökumət Komissiyası fasiləsiz iş rejimində çalışır
Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Hökumət Komissiyası fasiləsiz iş rejimində çalışır
22.05.2010 [09:39]
Kür çayında suyun səviyyəsinin artması ilə başlanan daşqın və sel təhlükəsi davam edir. Aprel ayının sonlarında yağan leysan yağışlar nəticəsində çayda suyun səviyyəsi birdən-birə artıb və nəticədə Sabirabad, Kürdəmir, Zərdab, Salyan, Neftçala, Hacıqabul, Saatlı rayonlarında, o cümlədən, Şirvan şəhərində təhlükəli vəziyyət yaranıb. Bəzi kəndləri su basıb. Baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyi operativ olaraq tədbirlər həyata keçirib. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri ilə bağlı müşavirə keçirilib və dövlət başçısı görülən tədbirlərlə yerində tanış olmaq üçün fəlakət zonasına baş çəkib. Bütün müvafiq strukturlar məsələnin həllinə cəlb edilib və qısa müddət ərzində təhlükəli vəziyyət aradan qaldırılıb. Hazırda bəndbərkitmə işləri davam etdirilir.
Girdman çayında suyun səviyyəsinin artması Kürdəmirdə nəqliyyatın işinə problem yaradıb
Kür çayında suyun səviyyəsinin artması ilə bağlı yaranan problemlər öz həllini tapmaqdadır. Bunu, qəzetimizə açıqlamasında Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov deyib. Onun sözlərinə görə, son günlərdə çayda suyun səviyyəsi minimal-1-2 sm artıb. Artıq bəndbərkitmə işləri də yekunlaşmaq üzrədir: “Hazırda bütün diqqət Girdman çayı ilə Kürün birləşdiyi ərazidədir. Girdman çayında da suyun səviyyəsinin artması nəqliyyatın hərəkətində müəyyən problemlər yaradıb. Hələlik gözləmə mövqeyindəyik. Bütün qabaqlayıcı tədbirlər görülüb. Rayonda həyat öz axarına düşür. Sadəcə, hələlik Saatlı-İmişli rayonları ərazisindəki Sarısu gölünün suyu Baş Mil-Muğan kollektoruna axıdılsa, Kürdəmir üçün də müəyyən problemlər yaranacaq”.
Vəziyyət stabilləşsə də rayon rəhbərliyi hələ də Kürqırağı kəndləri nəzarətdə saxlayır. V.Məmmədov qrunt sularının da evlərdən çəkilməsi prosesinin də davam etdirildiyini bildirib. Xatırladaq ki, Kür çayında suyun səviyyəsinin artması və çayın öz məcrasından çıxması səbəbilə Kürdəmir rayonunda 700 evi su basıb. Onlardan 150-i qəzalı vəziyyətə düşüb, 50 ev isə tamamilə uçub. 30-a yaxın ailə öz evlərindən köçürülüb. ümumilikdə rayon üzrə 16 kənddə təbii fəlakət hadisəsi baş verib.
Hacıqabul rayonu ərazisində Kür çayında bəndlərdə sızmalar aradan qaldırılıb
Hacıqabul rayonunda da vəziyyət normallaşıb. İki gün ərzində Talış kəndində bəndin sızması ilə bağlı narahatlıqlar aradan qaldırılıb. Bu barədə qəzetimizə məlumat verən rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Sahib Aslanov bəndbərkitmə işlərinin intensivləşdirildiyini diqqətə çatdırıb: “Son iki gündə suyun səviyyəsində yenidən artma müşahidə olunurdu. Bəndlərdə də müəyyən sızmalar vardı. Artıq bütün problemlər həll olunub, sızmalar aradan qaldırılıb, yenidən bəndlər möhkəmləndirilib. Aidiyyəti strukturlar, dövlət orqanları və yerli əhali tam şəkildə səfərbər olunaqar məsələlərin həllində əhəmiyyətli rol oynayırlar. Bütün texnikanı səfərbər halda saxlayırıq. Baş verə biləcək hər hansı bir problemin aradan qaldırılması üçün vasitələrimiz var. Bu məsələdə “Meliorasiya və Su Təsərrüfatı” ASC, Suvarma Sistemləri İdarəsi də öz köməyini əsirgəmir. Yerli əhali bəndlərin möhkəmləndirilməsinə kömək edirlər”.
Xatırladaq ki, daşqın nəticəsində Hacıqabulda 400 evin həyətini qrunt suyu basıb, 150-yə yaxın ev qəzalı vəziyyətə düşüb. 2 ailə isə evindən köçürülüb.
Neftçala rayonunda Xəzər dənizindən Kürün qoluna tərəf liltəmizləmə işləri davam etdirilir
Neftçala rayonunda da Kürdə suyun səviyyəsi artıq enməyə başlayıb. Rayon fövqəladə hallar komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Dilvər Əliyevin verdiyi məlumata görə, suyun səviyyəsi 12 sm azalıb. Kürboyu ərazilərdə bəndlərin bərkidilməsi işlərinin davam etdirildiyini önə çəkən komissiya sədri bildirib ki, ərazilərdə torpaqla doldurulmuş kisələr tədarük edilərək bəndbərkitmə işlərində istifadə olunur: “Suyun səviyyəsinin enməsinə baxmayaraq, texnika və əhali əraziyə cəlb olunub. Xəzər dənizindən Kürün qoluna tərəf liltəmizləmə işləri də davam etdirilir. Bu məqsədlə ərazidə 8 gəmi işləyir”.
Komissiya sədri bildirib ki, ərazidə yüzlərlə texnika hazır vəziyyətdə saxlanılır, əraziyə 160 min kisə qum vurulub. Xatırladaq ki, Kür çayında suyun səviyyəsinin artması zamanı baş verən daşqında Neftçala rayonu ərazisində 300-ə yaxın evin həyətinə qrunt suları daxil olub. 4 ev uçub, 36 ev qəza vəziyyətindədir. 5 ailə yaşadığı evdən evakuasiya olunub.
Zərdab rayonunda suyun səviyyəsi enir
Kürdə suyun səviyyəsinin artması səbəbilə Zərdab rayonunda yaranan təhlükəli vəziyyət aradan qaldırılıb. Artıq çayda suyun səviyyəsi enməyə başlayıb. Rayon fövqəladə hallar komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov bildirib ki, hazırda Kürün Zərdab rayonundan keçən hissəsində bəndbərkitmə və bəndvurma işləri davam etdirilir: “Hazırda suyun daşması ilə bağlı hər hansı bir təhlükə gözlənilmir. Vəziyyət stabil olsa da, 120 texnika və 3500 nəfər canlı qüvvə Kürətrafı ərazilərdədir. Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerli qurumları, Suvarma Sistemləri İdarəsinin və Kür-bənd İdarəsinin texnikası bəndvurma işlərini davam etdirir. Bundan başqa, artıq Zərdab rayonundan Saatlıya da yardım göndərilib. çayda bəndbərkitmə işlərini intensivləşdirmək üçün Saatlıya 9 maşın həcmində 93 ədəd beton bloklar göndərilib”.
Komissiya sədri bildirib ki, Kürqırağı kəndlərdə bəndin üstündə 24 saat növbətçilik rejimi davam etdirilir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

