Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Fransanın GDF SUEZ şirkətinin prezidenti Jan-Fransua Sirellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Fransanın GDF SUEZ şirkətinin prezidenti Jan-Fransua Sirellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

30.06.2010 [10:24]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Fransanın GDF SUEZ şirkətinin prezidenti və baş direktorunun müavini, AVROQAZ-ın prezidenti Jan-Fransua Sirellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Jan-Fransua Sirelli Azərbaycanda  gördüyü inkişaf proseslərinin, ölkəmizdəki firavanlığın və sabitliyin onlarda çox böyük təəssürat yaratdığını bildirib. Təmsil etdiyi şirkətin Avropada fəaliyyətindən danışan qonaq Azərbaycan ilə qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Dövlətimizin başçısı GDF SUEZ şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev  GDF SUEZ şirkətinin prezidenti və baş direktorunun müavini, AVROQAZ-ın prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızla bağlı məsələlərin səmərəli şəkildə müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Paylaş:
Baxılıb: 1280 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

İqtisadiyyat

Sosial

Sosial

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30