"Şöhrət xiyabanı" rus sülhməramlılarına şöhrət gətirməyəcək!
13.11.2021 [15:25]
Araz Əlizadə: Rusiya sülhməramlılarının belə bir hərəkəti müsbət qarşılana bilməz
Qarabağda rus sülhməramlılarının hərbi şəhərciyinin ərazisində "Rusiya Şöhrət Xiyabanı" yaradılıb. Xiyabanda rus sülhməramlılarını əks etdirən heykəl qoyulub. Noyabrın 10-da keçirilmiş açılış mərasimində Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak edib. Bundan başqa, xiyabanda Rusiyanın 10 dahi şəxsinin - Alekandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasiliy Şukşin və Mixail Şoloxovun büstləri qoyulub.
Rusiya sülhməramlılarının bu addımı Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Belə ki, sülhməramlıların həmin ərazilərdə müvəqqəti yerləşdirildiyini əsas gətirən bir sıra ekspertlər bu addımı yersiz hesab edir və bu "Şöhrət xiyabanı"nın onlara şöhrət gətirməyəcəyini düşünürlər.
Məsələ ilə bağlı yeniazerbaycan.com-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib ki, Rusiya sülhməramlı kontingentinin bu hərəkəti müsbət qarşılana bilməz. Onun fikrincə, bu qərar Azərbaycan dövləti tərəfindən verilsəydi, buna müsbət yanaşmaq olardı: " Amma Rusiya sülhməramlılarının belə bir hərəkəti müsbət qarşılana bilməz. Onlar bilməlidirlər ki, Azərbaycan torpağındadırlar. Və hər hansı bir təbliğatı da Azərbaycan hakimiyyətinin razılığı ilə etməlidirlər".
Araz Əlizadə Azərbaycan hökumətinin razılığının alınmaması qarşılığında belə bir addıma ehtiyacın olmadığını önə çəkib. O, məsələ ilə bağlı Azərbaycan dövlətinin lazımi tədbirləri görəcəyini düşündüyünü bildirib.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40

